Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyinin həyata keçirdiyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsi uğurla davam edir. Layihənin məqsədi “Vətən Müharibəsi Şəhidi və veteranı ailələrində müharibə dövründə mənəvi-psixoloji zədə görmüş insanların yenidən cəmiyyətə adaptasiya olunmasına dəstək olmaqdır.
QHT.az xəbər verir ki, layihə hədəfi olaraq Beyləqan və ərazisində salınmış Yeni Xocavənd qəsəbəsi, Laçın obaları, Ağdam və Bərdə rayonları seçilmişdir.Sosial-psixoloji dəstəyə daha çox ehtiyacı olan 40 Şəhid və veteran ailələrinə psixoloji xidmət göstərilməsi nəzərdə tutulub. Şəhid və veteran ailələri ilə psixoloji konsultasiya təşkil edilməklə həmin ailələrdə olan qadınların, uşaqların psixoloji yükünün azaldılması, cəmiyyətə inteqrasiyası sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək üçün 08-09 iyul 2024-cü il tarixlərində Beyləqan rayonunda 10 Şəhid və veteran ailələrinə və ərazisində salınmış Yeni Xocavənd qəsəbəsində 6 Şəhid və veteran ailələrinə səfərlər edilmişdi. Həyata keçirilən reabilitasiya xidməti ixtisaslı psixoloq tərəfindən aparılır. Hər bir ailəyə "Müharibə depressiyası olan ailə üzvlərinə onunla necə davranması” barədə məlumatlar əks olnunan maarifləndirici bukletlər paylanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.