AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səma və Eko Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi layihənin icrası davam edir - FOTOLAR

  • + A
  • - A
  • 9-07-2024, 19:45

    Səma və Eko Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi layihənin icrası davam edir - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsinin icrası davam edir.

    QHT.az xəbər verir ki, 9 iyul 2024-cü il tarixdə Daşkəsən rayonun Xoşbulaq kəndində “Təbiəti sevək, heyvanlara qayğı göstərək” adlı ictimai müzakirə keçirilib. İctimai müzakirədə layihənin rəhbəri İradə Həsənova, layihənin eksperti Elman Cəfərli, Daşkəsən rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Abbasov, Zağalı kənd icra nümayəndəsi Babək Qasımlı və kənd sakinləri, rayonun ekoloji fəallar iştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri İradə Həsənova yaşadığımız qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə dönəmində ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, sahibsiz heyvanlara qayğı göstərilməsi çox vacibdir: “Qlobal iqlim dəyişikliyi ciddi fəsadlara yol açıb. Buzlaqlar əriyir, su resursları quruyur, mövsümlər yerini dəyişib. Belə bir dövrdə hər kəs təbiətə qarşı duyarlı olmalıdır. Ölkəmiz təbii sərvətlərlə zəngindir. Ancaq bioresurslar tükənməz deyil. Çoxlu meşə sahələrimiz var, ancaq onları qorumaq lazımdır. Elə bir dövrə gəlmişik ki, hər ağacın qədrini bilməli, yaşıllıqları qorumalıyıq”.

    “İri şəhərlərdə adambaşına 10 kvadratmetr yaşıllıq sahəsi düşür. Çox təəssüf ki, hazırda normaya əməl olunmur” deyən, layihə rəhbəri yaşıl dünya naminə həmrəylik ilində qarşıda duran vəzifələrdən danışıb. Bu il ölkəmizdə keçiriləcək COP-29-un əhəmiyyətindən danışan layihənin eksperti Elman Cəfərli bildirib ki, 2024-cü ildə ictimai fəalların, vətəndaş cəmiyyətinin üzərinə böyük vəzifələr düşür. “Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq sahələrinin artırılması, məişət tullantılarının təmizlənməsi hər bir fərdi düşündürməlidir. Gənc nəslin ekoloji tərbiyəsində məktəblərin üzərinə böyük vəzifə düşür. Valideynlər, müəllimlər məktəbliləri təbiətə, canlılara qarşı mərhəmətli, qayğıkeş ruhda böyütməlidir”-deyə, ekspert bildirib.

    Kənd sakini Səadət Nəsirova sahibsiz heyvanlara qayğının vacib olduğunu bildirib. Qeyd edib ki, Daşkəsən rayonu ərazisində sahibsiz heycanlar üçün sığınacağın qurulması yaxşı olardı. Kənd sakini Arif Rzayev layihənin əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, heyvanların qorunması, müayinə edilməsi, peyvəndləşdirilməsi ilə məşğul olan ayrıca qurumun yaradılmasına ehtiyac var.

    Daşkəsən rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Abbasov vətəndaş cəmiyyəti sahibsiz heyvanların qorunması ilə bağlı təşəbbüslə çıxış edən fəallarına təşəkkürünü bildirib. O. Abbasov bildirib ki, təmsil etdiyi qurum sahibsiz heyvanlar üçün sığınacağın yaradılması təşəbbüsünə dəstək verməyə, müvafiq yerin ayrılmasına hazırdır.

    Zağalı kənd icra nümayəndəsi Babək Qasımlı kəndin küçələrinin vaxtaşırı məişət tullantılarından təmizləndiyini, sahibsiz heyvanlara qayğı göstərildiyini bildirib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR