Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi dayandırılıb. Bunu Aİ səfiri Pavel Gerçinski deyib.
“İndiki Gürcüstan hökumətinin niyyətləri Avropa İttifaqı liderlərinə aydın deyil. Xarici Təsirdə Şəffaflıq Aktı geriyə doğru bir addımdır və anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir”.
Qerçinski bildirib ki, Avropa İttifaqı həmçinin Gürcüstanın müdafiə sektorunu dəstəkləmək üçün ayrılan 30 milyon avronu dondurub və hökumətə birbaşa yardımı azaltmaq, eyni zamanda onu mediaya və mülki sektora artırmaq niyyətindədir.
“Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət, nə olursa olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq”, - o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.