Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Oleq Matveyçev Azərbaycanın mediasiyasının təcrübəsindən danışıb, ondan nümunə kimi istifafə etməyi məsləhət görüb.
"Azərbaycan Respublikasının mediasiya təcrübəsi nümunə ola bilər. Azərbaycan ailə mübahisələri və boşanmalarda mediasiya təcrübəsinin genişləndirilməsi təqdirəlayiqdi, təcrübələri nümunə ola bilər" - deyə Dövlət Dumasında Ekspert Şurasının üzvləri bildiriblər. Məqalədən görünür ki, Rusiyada könüllü mediasiya proseduru qanunla nəzərdə tutulub, lakin ictimaiyyət arasında geniş yayılmayıb. Onların fikrincə Azərbaycanda olduğu kimi, boşanmalarda məcburi mediasiyanın tətbiqi boşanmaların sayının azalmasına və məhkəmələrin iş yükünün yüngülləşməsinə səbəb ola bilər. Səslənən fikri Rusiya Federasiyası Dövlət Dumasının Ailənin müdafiəsi, atalıq, analıq və uşaq məsələləri üzrə komitəsinin ekspert şurasının işçi qrupunun iclasında iştirak edən üzvlər dəstəkləyib. Azadmedia.az sözügedən məqalənin linkini təqdim edir:
Daha ətraflı: ⤵️
https://www.pnp.ru/politics/sokhranit-semyu-pomozhet-mediator.html
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.