AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Məişət Zorakılığı Əleyhinə Təşəbbüslər” layihəsi: İyun ayı fəaliyyətləri

  • + A
  • - A
  • 10-07-2024, 17:14

    “Məişət Zorakılığı Əleyhinə Təşəbbüslər” layihəsi: İyun ayı fəaliyyətləri


    “Məişət Zorakılığı Əleyhinə Təşəbbüslər” layihəsi çərçivəsində həyata keçirilmiş fəaliyyətlər. Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Məişət Zorakılığı Əleyhinə Təşəbbüslər” layihəsi çərçivəsində iyun ayı ərzində həssas qrupdan olan şəxslərə hüquqi, psixoloji və sosial xidmətlər göstərilib. Sumqayıt şəhərində fəaliyyət H.Əliyev Mərkəzi, Gənclər Evi, S.Vurğun adına Mərkəzi Kitabxana və onun fiallarında, Yazıçılar Evində vətəndaşlar ilə görüşlər keçirilərək layihə barədə geniş məlumat verilib.

    QHT.az xəbər verir ki, iyun ayında məişət zorakılığı ilə mübarizə mövzusunda “Dünya TV” telekanalında maarifləndirici TV verliş nümayiş etdirilib. Layihə çərçivəsində layihə başlayan müddətdən indiyədək 21 nəfərə psixoloji dəstək göstərilib.Müraciətlər əsasən aşağıdakı mövzularda olub;

    - fiziki zorakılıq ilə bağlı müraciətlər 6 nəfər,

    - iqtisadi zorakılıq ilə bağlı müraciət 4 nəfər,

    - cinsi zorakılıq ilə bağlı 4 nəfər,

    - psixoloji zorakılıq 7 nəfər.

    Qeyd olunmuş siyahıdakı bütün zorakılıq növləri demək olar ki, bütün müraciət edən şəxslərə şamil edilə bilər. Bu şəxslər ilə psixoloji seanslar davamlı olacaqdır. Seanslar aparılmış şəxslərdə müsbətə doğru nəticələr müşahidə edilir. Layihə çərçivəsində iyun ayı ərzində 46 nəfərə hüquqi xidmət göstərilmişdir.Müraciətlər aşağıda göstərilmiş mövzuları əhatə edir.

    Ailə məsələləri ilə bağlı (nikahın ləğvi, aliment və s. tələblərlə) müraciətlər-7 nəfər

    Qısamüddətli və uzunmüddətli mühafizə orderinin alınması ilə bağlı müraciətlər-4 nəfər

    Mülkiyyət hüququ ilə bağlı müraciətlər-3 nəfər

    Əmək və sosial təminat hüquqlarının qorunması ilə bağlı müraciətlər-3 nəfər

    İnzibati mübahisələrə dair müraciətlər-2 nəfər

    Bu şəxslərin hüquqları Məhkəmələrdə və digər dövlət orqanlarında qorunur. Müraciət edən bir çox şəxslərə isə yardım davamlı olaraq aparılır.

    Qeyd edək ki, layihə Sentyabr ayına qədər davam edəcəkdir.

    Müraciət etmək üçün əlaqə vasitələri;

    Telefon- 50 680 2222, 50 300 8788, 55 828 6067

    Ünvan – Sumqayıt şəhəri, 1-ci mkr, bina 45b


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR