AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səma və Eko” SİİY İB Hacıkənddə tədbir keçirib - FOTOLAR

  • + A
  • - A
  • 10-07-2024, 19:14

    Səma və Eko” SİİY İB Hacıkənddə tədbir keçirib - FOTOLAR

    “Yaşıl gündəm: ətraf mühiti qoruyaq, heyvanlara qayğı göstərək”- “Səma və Eko” SİİY İB Hacıkənddə tədbir keçirib.

    QHT.az xəbər verir ki, “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsinin icrası davam etdirir.

    10 iyul 2024-cü il tarixində Gəncə şəhərinin Hacıkənd qəsəbəsində “Yaşıl gündəm: ətraf mühiti qoruyaq, heyvanlara qayğı göstərək adlı ictimai müzakirə keçirilib. İctimai müzakirədə layihənin rəhbəri İradə Həsənova, layihənin eksperti Elman Cəfərli, Hacıkənd qəsəbəsinin icra nümayəndəsi Hümmət Hüseynov, Hacıkənd bələdiyyəsinin sədri Vüqar Mehdiyev və kənd sakinləri, yeri ekofəallar iştirak edib. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri İradə Həsənova müasir dövrdə qlobal iqlim dəyişikliyinin ciddi fəsadlar verdiyini və ekoloji böhrana qarşı mübarizə tədbirlərinin gücləndirildiyini bildirib.

    “Qlobal iqlim dəyişikliyi Yer kürəsinin ayrı-ayrı bölgələrində ciddi fəsadlara yol açıb. Buzlaqlar əriyir, su resursları quruyur, mövsümlər yerini dəyişib. Beynəlxalq təşkilatlar, qlobal beyin mərkəzləri qlobal iqlim dəyişiiyinin nəticələrinin yumşaldılması istiqamətində müxtəlif layihələr həyata keçirir, konfrasnlar keçirilir. Bu il Azərbaycanda COP-29 tədbiri keçiriləcək. Toplantıda qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə təşəbbüslər müzakirə ediləcək, mühüm mesajlar veriləcək”.

    Layihənin eksperti Elman Cəfərli hazırki dövrdə biomüxtəlifliyin qorunmasının vacib olduğunu bildirib. “Qlobal iqlim dəyişikliyinin fəsadlarından biri də odur ki, nadir flora və fauna növlərinin sayı azalıb” deyən, ekspert bildirib ki, ətraf mühitin mühafizəsi, canlı aləmin qorunması mühüm vəzifə olmalıdır. Hacıkənd qəsəbəsinin icra nümayəndəsi Hümmət Hüseynov, Hacıkənd bələdiyyəsinin sədri Vüqar Mehdiyev son illər ərazidə aparılan abadlaşdırma işlərindən danışıb, sahibsiz heyvanlara qayğı göstərilməsinin vacibliyindən bəhs ediblər. Hacıkənd qəsəbəsinin icra nümayəndəsinin müavini Natəvan Məmmədova sahibsiz heyvanlara sığınacağın tikilməsini vacib hesab ediblər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR