AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxıda yaşayan qadın sahibkarların dəstəklənməsinə diqqət artırılmalıdır- təlimlər davam edir / FOTOLAR

  • + A
  • - A
  • 12-07-2024, 11:15

    Şamaxıda yaşayan  qadın sahibkarların dəstəklənməsinə  diqqət artırılmalıdır- təlimlər davam edir / FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” adlı layihə çərçivəsində ikinci təlimi Ağsu rayonu qadınları üçün keçirildi.

    QHT.az xəbər verir ki, layihənin ideyası regionlarda qadınların sosial hüquqlarının qorunması, sahibkarlığın inkişafı üçün qadınların bilik və bacarıqlarının artırılması, sahibkarlıq mühitinin stimullaşdırılması təşəbbüslərnin dəstəklənməsidir. Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri də iqtisadi fəallığın və iqtisadiyyatın rolunun artırılmasıdır. Ölkənin sosial-iqtisadi həyatında qadınların- rolu böyükdür. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır, iqtisadiyyata uğurlu töhfələr verirlər. Onların işgüzar fəallığının daha da artırılmasının stimullaşdırılması və təşviqi istiqamətində tədbirlər görülür və bu tədbirlər kənd qadınları üçün də əl çatan olmalıdır.

    Bunlara qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi üçün treninqlərin təşkili, biznes sahələrinin yaradılması üçün güzəştli kreditlərin verilməsi və evdar qadınların sahibkarlığa cəlb edilməsi daxildir. Eyni vaxtda, Respublikanın ucqar və dağlıq rayonlarında və yerlərdə yaşayan qadınların şəxsi biznesə və kənd təsərrüfatı fəaliyyətinə cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirilməsi bizim QHT –nin diqqət mərkəzindədir və keçirdiyimiz bu təlimlərdə onun bir hissəsidir.

    Təlimlərdə əsasən kənd yerlərində yaşayan qadınların cəlb edilməsi informasiya çatışmamazlığının qismən aradan qaldırılmasına kömək edəcəkdir. Bizim layihənin əsas məqsədi informasiyadan kənar qalmış qadınlarımızi sahibkarlıq sahəsində daha böyük iomkanlardan istifadə etmələrinə istiqamətləndirməkdir.

    Layihə Şirvan regionunun 4 rayonunda Şamaxı, İsmayılı, Ağsu və Qobustan rayonlarında yaşayan gənc qızlar və qadınlarin iştirakı ilə həyata keçirilir.



    Südabə Şirəliyeva

    “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzi İB


    cwmw_az_az@yahoo.com







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR