AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Meyvəçilik Tərəvəzçilik ərazisində məcburi köçkün icmasında tədbir keçirdi - FOTOLAR

  • + A
  • - A
  • 12-07-2024, 14:27

    Meyvəçilik Tərəvəzçilik ərazisində məcburi köçkün icmasında tədbir keçirdi - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinin həyata keçirdiyi “Müharibədən zərərçəkənlərə psixoloji dəstək ” adlı layihə çərçivəsində 10.07.2024- cü il tarixində Bərdə rayonunda Meyvəçilik Tərəvəzçilik ərazisində məcburi köçkün icmasında tədbir keçirdi.

    QHT.az xəbər verir ki, tədbirdə Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri, Ətrabə Məmmədova, ekspert/psixoloq Aliyə İmanova ,”Tərəqqi” Sosial İnkişaf İB-nin sədri T.Dadaşov, Regional Gender Mərkəzi İB-nin sədri ,Miqrasiya Əməkdaşlıq Platformasının üzvü, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Ş.Dadaşova və məcburi köçkünlər iştirak etdilər.

    Layihə rəhbəri Ə.Məmmədova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi.

    Ekspert/psixoloq A.İmanova Müharibədən zərər çəkmiş insanlara (Məcburi köçkün, şəhid, qazi ailələri) dövlət qayğısı,güzəştlərin olunması ilə bağlı geniş məlumat verdi. Sonra çıxışlar oldu. Ş.Dadaşova qayıdışa hazırlıqla bağlı məlumat verdi. T.Dadaşov gənclərə doğma torpaqlarda oxumağı, işləməyi tövsiyə etdi. Sonra müzakirələr oldu. Tədbir iştirakçıları onların mənəvi dəstəyə ehtiyaclarının olduğunu vurğuladılar. Tədbirdə iştirak edənlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək İctimai Birliyinə minnətdarlıqlarını bildirdilər.

    Tədbir interaktiv şəkildə və çox maraqlı keçdi. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi. Layihə rəhbəri Ə.Məmmədova tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra hakimiyyətinin başçısı Cənab Vidadi İsayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımova təşəkkür etdi.

    Qeyd edək ki, layihə 3 ay müddətində Bərdə və Tərtər rayonlarında həyata keçiriləcək. Hədəf qrupları Tərtər və Bərdə rayonlarında 16-70 yaş arası əhali qrupudur( şəhid ailələri,qazilər,veteranlar,ermənilər tərəfindən Bərdəyə raket atilan zaman zərər çəkmiş insanlar).






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR