AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADPU-nun Quba filialında korrupsiya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 12-07-2024, 19:35

    ADPU-nun Quba filialında korrupsiya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Korrupsiya ilə mübarizədə ictimai dəstəyin rolu” mövzusunda dəyirmi masa təşkil edilib.
    Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişaf və İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsi çərçivəsində baş tutub.


    Tədbir ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı.


    ADPU-nun Quba filialının direktoru Yusif Alıyev və “İnkişaf və İslahatlara dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən bəhs etdilər. Yusif Alıyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların xalqımız və dünya birliyi tərəfindən yüksək dəyərləndirildiyini vurğulayaraq, neqativ halların aradan qaldırılmasının zamanın və xalqın mənəvi tələbi olduğunu qeyd etdi.
    İctimai Birliyin sədri Ramil Əliyev isə layihənin məqsədinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni çatdırmaq və bu mübarizədə geniş ictimaiyyətin dəstəyini qazanmaq olduğunu bildirdi.



    Tədbirdə iştirak edən əməkdar mədəniyyət işçisi Elza Orucova, “Xüsusi təyinatlılar və qazilər” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, baş redaktorlar Nahid Canbaxışlı, Vasif Həsənli və Əli Vəliyev, araşdırmaçı-jurnalist Əli İbrahimov layihənin məqsəd və hədəflərindən danışdılar.
    Çıxışlarda qeyd olunub ki, xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan xalqının milli sərvətidir.

    Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı parlaq qələbə dövlətmizin gücünü, xalqımızın birliyini, ordumuzun yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizi və xalqımız qarşısında əsalı vəzifələr müəyyən edib. Korrupsiya və rüşvətxorluğa qarşı ictimai birlik şəkilində mübarizə aparmaq ümumilikdə cəmiyyətimizin saflaşması strategiyasıdır. Bu baxımdan təqdim olunan layihə təqdirəlayiq qiymətləndirilib.
    Layihə çərçivəsində mövzu ətrafında Bakı, Sumqayıt, Quba və Xaçmazda da tədbirlərin keçirilməsi nəzərdə tutulub.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR