AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Daşkəsəndə təmizlik aksiyası keçirib - FOTOLAR

  • + A
  • - A
  • 13-07-2024, 14:30

    “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Daşkəsəndə təmizlik aksiyası keçirib - FOTOLAR

    İyulun 12-də “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Daşkəsəndə təmizlik aksiyası keçirib. Bu barədə təşkilatn sədri İradə Həsənova məlumat verib.
    Daşkəsən rayonunun Xoşbulaq kəndində baş tutan ərazilərin məişət tullantılarından təmizlənməsi aksiyası
    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsi çərçivısində təşkil edilib.
    Aksiyada layihənin rəhbəri İradə Həsənova, ekspert Elman Cəfərli, Daşkəsən rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Abbasov, Xoşbulaq kəndinin ərazi icra nümayəndəsi Babək Qasımlı və könüllü təbiətsevərlər iştirak edib.
    Aksiyada iştirak edən təbiətsevərlər xüsusi köynəklər, baş geyimləri və əlcəklə təchiz olunublar.
    1 saatlıq aksiyada Xoşbulaq kəndinin mərkəzi küçəsi müxtəlif növ məişət tullantılarından təmizlənib. Ərazidən toplanan plastik su butulkaları, yemək qabları, sellofan torbalar, şüşə parçaları, dəmir qırıntıları çeşidlənərək xüsusi qablara yığılaraq məişət tullantılarının qəbul məntəqəsinə aparılıb.
    Sakinlərlə və aksiya iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.
    Layihənin rəhbəri İradə Həsənova hər kəsi ətraf mühitə qarşı diqqətli olmağa çağırıb.
    Layihənin eksperti Elman Cəfərli bildirib ki, bu cür aksiyaları davamlı keçirmək lazımdır: “Ətraf mühit evimizin kandarından başlanır. Hər bir fərd yaşadığı ərazinin təmizliyinə cavabdehdir. Hər kəs təmizlik aksiyasında iştirak etməyə bilər. Lakin hər bir insan diqqətli olmalı, ətrafa məişət tullantılarını atmamlıdır. Daşkəsən turistik bölgədir. Bura gələn insanın ərazi haqqında ilk təəssüratı təmizlikdən başlanır. Hər yer təzmi olsa, bu, qonaqlarda, turistlərdə xoş hisslır oyadar”.
    Aksiya sakinlər, xüsusən məktəb yaşlı gənclər tərəfindən maraqla qarşılanıb. Onlar növbəti aksiyalarda iştirak edəcəklərini bildiriblər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR