Ağac kəsənin cəzası tək cərimə olmamalıdır, həbs edilməli, park salmalarına məcbur edilməlidirlər. Dünən Dövlət Ekoloji Ekspertiza Agentliyi Agentliyində ictimai dinləmədə gördüyüm mənzərə məni bu qənaətə gətirdi.
Təəssüf ki, ölkəmizin beynəlxalq COP29 qlobal iqlim dəyişmısilə bağlı mötəbər tədbirə hazırlaşdığı bir dönəmdə tikinti və infrastruktur layihələri icra edənlər ağacların soyqırımı ilə məşğuldur.
"İnvest Construction" şirkəti şəhərin mərkəzində Nəsib bəy Yusifbəyli ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində köhnə 3 mərtəbəli binaları söküb yerində yeni tikintiyə hazırlaşir və 200-dən artıq agacı məhv edib. Şirkət 1 milyon manat cərimə edilib. Dünən şirkətin hüquqşünası deyir ki , 1 milyon manat cəriməmizi ödəmişik, izn verin inşaata başlayaq. Şirkətin təmsilçisinə sual edilir ki, 200 ağacın boşluğunun yerinin doldurulması barədə hansı planlarınız var? Cavab bu oldu ki, evi sökülən sakinləri yeni mənzillər maraqlandırır, qırılan ağaclar yox. Bütün qurumlarla razılaşdıqlarını dəfələrlə diqqətə çatdıran şirkət rəsmisinin dediklərindən məlum olur ki, ən sonda ekoloji, ətraf mühit məsələsində ilişib qalıblar. Söküntünün zibillərinin hara daşınması sualı da cavabsız qaldı.
Müstəqil ekoloq və vətəndaş cəmiyyəti təmsilçiləri, media nümayəndələri haqlı iradlarını bildirsələr də, şirkətin huquqşunası haqsız olduqlarının və etdiklərinin fərqində deyildi. Elə deyirdi, kəsmisik, cəriməsini də ödəmişik, nə istəyirsiz, imkan yaradın tikintimizi aparaq. Belə edirsiz, tikinti işləri azalır, işsizlik yaranır...
Hüquqşünas ağac soyqırımı hesabına qazanc məqsədilə apardıqları tikintini dövlət üçün sosial evlər adı ilə iştirakçılara sırımaq istəsə də, niyyəti baş tutamdı.
Ümid edirəm ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi Agentliyi dirəniş göstərib, qırılan ağacların sayı qədər ağac əkdirib, park saldırmadan tikintiyə icazə verməyəcək.
Aşağıdakı fotoda göstərilən yerlər hamısı ağac olub. Hüquqşünas, ağacları parkinq məqsədilə qırdıqıarını etiraf etdi.
Elnurə Abuşova