AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT Hacıkənd qəsəbəsində əraziləri məişət tullantılarından təmizləyib - FOTOLAR

  • + A
  • - A
  • 15-07-2024, 12:40

    QHT Hacıkənd qəsəbəsində əraziləri məişət tullantılarından təmizləyib - FOTOLAR


    “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi könüllülərlə birgə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində əraziləri məişət tullantılarından təmizləyib.

    QHT.az xəbər verir ki, iyulun14-də “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsində ərazilərin məişət tullantılarından təmizlənməsi aksiyasını keçirib.

    Bu barədə qurumun sədri İradə Həsənova məlumat verib. Qeyd edək ki, aksiya “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin həyata keçirdiyi “Təbiətə sevginin, heyvanlara qayğının artırılması” layihəsi çərçivəsində təşkil edilib. Aksiyada layihənin rəhbəri İradə Həsənova, ekspert Elman Cəfərli, Hacıkəndin icra nümayəndəsi Hümmət Hüseynov, yerli bələdiyyənin sədri Vüqar Mehdiyev və kənd sakinləri iştirak edib. Aksiyada iştirak edən təbiətsevərlər xüsusi köynəklər, baş geyimləri və əlcəklə təchiz olunublar. 1 saatlıq aksiyada Hacıkəndin bir sıra küçələri müxtəlif növ məişət tullantılarından təmizlənib. Ərazidən toplanan plastik su butulkaları, yemək qabları, sellofan torbalar, şüşə parçaları, dəmir qırıntıları çeşidlənərək xüsusi qablara yığılaraq məişət tullantılarının qəbul məntəqəsinə aparılıb. Sakinlərlə və aksiya iştirakçıları ilə maarifləndirici söhbətlər aparılıb.

    Layihənin rəhbəri İradə Həsənova hər kəsi ətraf mühitə qarşı diqqətli olmağa, çevrəni təmiz saxlamağa çağırıb.

    “Ətraf mühit evimizin kandarından başlanır. Biz evimizdə təmizliyə necə riayət ediriksə, küçədə də elə olmalıyıq. Bizim atdığınız plasmas su qabı, sellofan torbalar, şüşə qırıntıları, konserv bankaları ətrafda discomfort yaradır, estetik zövqü korlayır. Hacıkənd turistik bölgədir. Bura gələn turistlərin ilk təəssüratı çevrədə gördükləridir. Biz gərək çevrəmizi təmiz saxlayaq ki, gələn qonaqlar da buradan zəngin təəssüratlarla qayıtsınlar”.

    İradə Həsənova belə bir maraqlı aksiyanı maliyyələşdirdiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tədbirin təşkil edilməsinə etdiyi köməyə görə, Hacıkənd icra nümayəndəliyinə və yerli bələdiyyəyə təşəkkürünü bildirib. Layihənin eksperti Elman Cəfərli isə bildirib ki, bu cür aksiyaları davamlı keçirmək və daha çox könüllünün iştirakını təmin etmək lazımdır: “Hər bir fərd yaşadığı ərazinin təmizliyinə cavabdehdir. Hər kəs təmizlik aksiyasında iştirak etməyə bilər. Lakin hər bir insan diqqətli olmalı, ətrafa məişət tullantılarını atmamalıdır. Bu gün bizim atdığımız tullantı sabah hansısa kommunal xidmət əməkdaşının ağır zəhmət hesabına təmizlənir. Bölgəyə istirahətə gələn insanlar da diqqətli olmalı, məişət tullantılarını xüsusi qablara atmalıdırlar”.

    Aksiya sakinlər tərəfindən maraqla qarşılanıb. Onlar növbəti aksiyalarda iştirak edəcəklərini bildiriblər.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR