AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsinin icrası davam edir - FOTOLAR

  • + A
  • - A
  • 16-07-2024, 12:43

    "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsinin icrası davam edir - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən icra olunan "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsinin icrası davam edir.

    QHT.az xəbər verir ki, layihənin icra planına uyğun 15.07.2024- cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzində Goranboy rayonundan olan 20 nəfər qadın Bələdiyyə üzvlərinin içtirakı ilə tədbir baş tutdu. Tədbirdə qadın Bələdiyyə üzvlərinin layihə barədə məlumatlandırılması və onların idarəçilik istiqamətində Sorğu vasitəsi ilə ilkin bilik və bacarıqlarının qiymətləndirilməsi aparıldı. Tədbir zamanı mövzu ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirildi, ehtiyaclar müəyyənləşdirildi. Bundan əlavə layihə çərçivəsində Goranboy rayonunda daha 2 tədbir "Peşəkar idarəçilik bacarıqlarında Qrant layihələrlə iş" mövzularında təlimlərin keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, layihə 3 ay ərzində Goranboy, Göygöl və Samux rayonlarında icra olunur.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR