“Ailələrdə sənətkarlığın təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur və artıq kursun yarısı keçirilib.
Azadmedia.az xəbər verir ki, layihə çərçivəsində gənclər dərzilik sahəsində biliklər əldə edir və modelyer dizayner kimi formalaşaraq sərbəst peşə sahibinə malik olacaqlar. Dərzilik kursunda dərs müddətində tələbələr istənilən paltarların düzgün formada ülgüsünün (çertyojunun) hazırlanması, biçilməsi, tikilməsi, modelləşdirilməsini praktiki şəkildə öyrənirdilər. Dərzi ixtisası üzrə fənn müəllimi Fərzəliyev Anar dərsi izah etdir və tələbələr diqqətlə dinləyərək qeydlərini aparırdılar və müzakirələr edirdilər.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihə çərçivəsində gənclər dərzilik sahəsində biliklər əldə edib və modelyer dizayner kimi formalaşaraq sərbəst peşə sahibinə malik olacaqlar. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə müəyyən mövqe tutmasına dəstək olmaq, onların müəyyən peşə əldə etməsinə və işsizlik məsələlərinin həll edilməsinə kömək etməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.