Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən“ Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində təlimlərin icrasına icrasına başlayıb. Təlimlər Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyir.QHT.az xəbər verir ki, Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi inkişafı dövlətimiz və milli maraqlarımız üçün ən önəmli məsələlərdən birinə çevrilib. Bu prosesdə kiçik və orta sahibkarların iştirakçılığı çox əhəmiyyətlidir. Həyata keçirilən layihənin əsas məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində onlara dəstək olunmasıdır. Hədəf məqsədlərdən biri də Qarabağ iqtisadi regionunun iqtisadi inkişafına xidmətlə bərabər yerli icmanın da gücləndirilməsidir.
16.07.2024-cü il tarixində Qarabağ iqtisadi rayonunun Laçın şəhərində məskunlaşan gənclər və qadınlar üçün təlim həyata keçirildi. İlk öncə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbər İlqar Hüseynli giriş nitqi ilə iştirakçıları salamladı, torpaqlarımızın azadlığı uğurunda Şəhid olan qəhrəmanlarımız bir dəqiqəlik sayğı duruşu ilə yad edildi. Daha sonra təşkilatın eksperti İqtisad üzrə fəlsəfə doktoru İlham Hüseynli geniş təqdimatla çıxış etdi. Təlim iştirakçıları, ABAD, KOBİA və Sahibkarlığa Kömək Milli Fondu kimi sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar əldə etdilər. Regionda Kiçik və Orta Sahibkarlığın inkişafına imkanlar yaradan və sahibkarlığın inkişafını stimullaşdıran qanun və sərəncamlar barədə məlumatlandılar.
Fəaliyyətə yeni başlayan sahibkarlara uğurlu rol-model təqdim edildi. Gənc sahibkar Gursel Abbas əldə etdiyi biznes uğurları və ona çatmağın yolları barədə məruzə ilə çıxış etdi. Layihə işğaldan azad olunmuş Zəngilan (Agalı kəndi), Füzuli, və Cəbrayıl- 4 şəhərciyi və Zobucuq yaşayış məntəqələrində davam edəcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.