AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mədəniyyət Paytaxtı” film-konsert layihəsinin təqdimatı keçiriləcək

  • + A
  • - A
  • 18-07-2024, 13:37

    “Mədəniyyət Paytaxtı” film-konsert layihəsinin təqdimatı keçiriləcək

    20 iyul 2024-cü il tarixində Azərbaycan Milli Konservatoriyasında “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mədəniyyət paytaxtı” film-konsert layihəsinin təqdimat mərasimi keçiriləcək.

    QHT.az xəbər verir ki, bu barədə Bəhram Nəsibov yaradıcılığının təbliği İctimai Birliyinin sədri Adil Nəsibov məlumat verib. Onun sözlərinə görə, bu layihə, ölkə başçısı İlham Əliyevin qərarı ilə İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində və ümumilikdə ölkədə 2024-cü ildə təşkil ediləcək silsilə tədbirlərə töhfə verməyi məqsəd qoyur: "Film-konsertdə bəstəkar Bəhram Nəsibovun bir sıra əsərləri, müsahibələr və musiqi əsərləri təqdim olunacaq".

    Qeyd edək ki, layihənin rəhbəri Adil Nəsibovdur.
    Pərvanə Fərhadqızı
    QHT.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR