AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzər rayonunda vərəm üzrə maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 23-07-2024, 23:32

    Xəzər rayonunda vərəm üzrə maarifləndirmə tədbiri keçirilib - FOTOLAR


    Bu gün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi “Regionlarda qadınlar və uşaqlar arasında vərəm xəstəliyinin profilaktikası və ailələrdə vərəm stiqmasının ləğvi istiqamətində maarifləndirmə işi” mövzusunda Bakı şəhəri, Xəzər rayonu Uşaq və Ailələrə dəstək Mərkəzində maarifləndirici təlim keçirib.

    QHT.az xəbər verir ki, bu barədə məlumatı “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı verib. Onun sözlərinə görə, təşkilat layihənin icra edilməsində AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzlərlə iş Şöbəsinin müdiri Pərviz Əliyevə, Bakı şəhəri, Xəzər Rayonu İcra Hakimiyyəti Başçısının Aparatından Vəli Vəliyullaya və Bakı şəhəri, Xəzər rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova, əməkdaşlar Aysun Kərimova, Orxan Məcnunova tədbirin təşkilindəki böyük köməklərinə görə dərin minnətdarlığını bildirir. İcra edilən layihənin məqsədi gənc ailələr və onların ailə üzvləri arasında vərəm və digər İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mexanizmləri barədə məlumatlılığın artırılması və müalicəyə bağlılığın səmərəliliyini yüksəltməklə yanaşı vərəm və digər infeksion xəstəliklərin profilaktikası, infeksion nəzarətin düzgün icra edilməsi və pasientlərin müalicəyə bağlılığının təmin olunmasının vacibliyini sadə şəkildə izah etmək olub.

    Tədbirə Xəzər rayonunda yaşayan ailələr və onların ailə üzvləri, rayon gəncləri, orta məktəb müəllimələri, rayonun vərəm xəstəxanasnın həkimləri, uşaq baxçalarının əməkdaşları, mərkəzin əməkdaşları cəlb olunaraq ümumilikdə hava-damcı yolu ilə ötürülən xəstəliklərin yoluxdurma mexanizmlərini, yoluxmadan və xəstələnmədən qorunmağın yollarını, xəstələnən zaman özlərinin və ətrafdakı insanların təhlükəsizliyinin təmin edilməsini və müalicə prosesində müalicəyə bağlılığın həm özlərinin, həm də ətrafdakıların sağlamlığının qorunmasında nə qədər əhəmiyyətli olması barədə maarifləndirici interaktiv təlimi dinləyib, təlimin əvvəlində və sonunda qazanılmış biliklərin harada və necə daha səmərəli istifadəsi barədə professional məsləhətlərə qulaq asıblar. Cəmiyyətin əsas potensialı olan gənc ailələr və onların yaxınları bu bilgilərdən istifadə etməklə düzgün və ən əsası sona qədər müalicə alaraq xəstəliyə davamlı formaların yayılmasının və ətrafdakıları yoluxdurmamağın nə dərəcədə vacib olmamasının elmi yolları barədə məlumatlarla tanış olublar.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR