AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Bölgələrdə İctimai İştirakçılığın Gücləndirilməsi" layihəsi çərçivəsində tədbir keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 31-07-2024, 16:40

    Masallıda "Bölgələrdə İctimai İştirakçılığın Gücləndirilməsi" layihəsi çərçivəsində tədbir keçirildi - FOTOLAR

    Bu gün Masallıda “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini keçirdi. Bu barədə təşkilatın sədri Rauf Zeyni QHT.az-a açıqlamasında məlumat verdi.

    Tədbirə başlamazdan əvvəl, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatı oldu və ictimai müzakirələr aparıldı. Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu.

    Tədbirdə iştirak edənlər ictimai nəzarətlə, ictimai iştirakçılıqla, mövcud vəziyyətlə bağlı regionda, eyni zamanda Masallıda olan məsələlərlə bağlı münasibətlərini bildirdilər. Veteran, qazi hüquqlarının məsələsi ilə bağlı müzakirə keçirildi, mövcud problemlər qeyd olundu və həll olunması ilə bağlı real addımlar atıldı. İctimai dinləmə çərçivəsində bir neçə vətəndaşın bu gün probleminin həll olunmasında nəticə əldə olundu.

    QHT sədri təşkilatçılara, Masallı İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin keçirilməsinə dəstək olan digər qurumlara təşəkkürünü bildirdi. Sonda tədbir iştirakçıları ilə birlikdə qrup şəkili çəkildi. Bu tədbir, bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi və vətəndaşların sosial rifahının artırılması istiqamətində atılan mühüm addımlardan biridir.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR