Bizim cəmiyyətdə yaranan bu qədər boşluqların səbəbidir soykökünü dərk etməmək və milli adətləri mənimsəməməkdir. Öz dilini səlist bilməyən insan öz bilinməzliyində itəcək. Bəs bu boşluqların yaranmaması üçün nə etmək olar? Sadə bir misal çəkim. Özünü tanıyan, tarixini bilən kimsəyə Nizami Gəncəvi fars şairidir demək olmaz.
Nizami Gəncəlinin Xosrov və Şirin əsərini təhlil edərkən öz övladına xitabı, öz türklüyünü əsər boyu fərqli yerlərdə dəfələrlə bildirməsinə necə göz yummaq mümkündür? Fars dilində yazmışdı, amma bunun da izahı var.
Özünə məxsus heç bir milli şüuru ollmayan erməni xalqının heçnədən, oğurluqla yaratmağa çalışdığı bütün dəyərlərə göstərdikləri diqqətin ciddi siyasi səbəblərindən biri öz saxta keçmişlərini yaratmaq və dünyəvi planlarda yer ala bilməkdir. Öz dillləri haqqında Xaçatur Abovyanın çıxışından bir cümlə xatırlayıram: ”Erməni leksikasınln 50 faizini türk sözləri təşkil edir”.
Digər bir deyimi xatırlayaq: “Ermənilərin heç vaxt dövləti olmayıb”. Yəni məlum məsələdir ki, dövləti olmayan millətin nə şifahi xalq ədəbiyyatı, nə yazılı ədəbiyyatı, nə də dili ola bilər. Dili olmayan millətin nə keçmişi var nə gələcəyi.
Son vaxtlar şüar olan Turan - Türk xalqlarının birliyini istəyirik. Bəs millət olaraq buna hazırıqmı. Türk dövlətlərinin birliyinə cılızlaşdırdığımız Azərbaycan türkcəsi ilə qatılırıq?
İpək yoluna nəzər salaq. Böyük İpək yolu Azərbaycan üçün həm iqtisadi həm də siyasi baxımdan olduqca uğurlu layihədir. Türkiyədən Çinə qədər uzanan bu yol üzərində yerləşən Türk dövlətlərinin ciddi ünsiyyət vasitəsidir bu yol. Bizim uğursuzluğumuz təəssüf ki qonşularımızdan başlayıb. İran və Rusiya (Ermənistanı saymıram) kimi bizə qarşı illərboyu anlamsız addımlar atan və mənasız fikirlər irəli sürən qonşulan üçün isə elə də uğurlu plan layihəsi deyil.Düşünürəm artıq yayın istiqamətini dəyişmək lazımdır. Onlar üçün biz uğursuz qonşu olmalıyıq. Nə İran kimi artistlik etmək nə də Rusiya kimi “sülhməramlı” olmağı təklif etmirəm. Özümüzü yaxşı tanıyaq və özümüzdən biraz da bizlər faydalanaq.
Mövzuya dərin baxanda hər dilimizlə bağlıdır.
Ədəbiyyat nümunələrində dilimizin zənginliyinin öz əksini tapmaması, Azərbaycan türkcəsinin sıradan çıxarılmasına gətirib çıxarır bu isə yol verilməzdir.
Son dövrlər Dövlət İmtahan Mərkəzinin imtahanlarda “mətn üzrə iş” dəyişikliyi əla addımdır. Ancaq diqqət etsək görərik ki, abituriyentlər fikirlərini düzgün ifadə edə bilmir. Buna səbəb dilin səlis istifadəsidir. Söz ehtiyatının təmin olunması, bərpası biz dilçilərin, ədəbi işçilərin üzərinə düşür. Dərsliklərdə “arxaik sözlər” başlığı altında 10 söz verilir elə problemin biri də budur.Tədris sistemə elə yerləşdirməlidir ki, ümumişlək hal alsın. Dərs proqramı və media bu sözlərdən istifadə etməli, müəyyən layihə və çağırışlar olmalıdır.
Yazılacaq, oxuncaq bütün yaradacılıq nümunələrində öz dilimizdən istifadə etmək şərtdir. Arxayik sözlərimizin yenidən lüğətlərdə bərpa olunması nə qədər biz dilçi və ədəbi fəallardan asılıdırsa, onları dirçəltmək və öz milli-dəyərlərinə sayğı duymaq hər birimizdən asılıdır. Bu sadəcə mənəvi yük, vətəndaşlıq məsuliyyətidir.
Bu yerdə Məmməd Hüseyn Şəhriyar yada düşür:
Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri eşidənlər, oxuyanlar kəsil olmaz.
Bişmiş kimi, şerin də gərək dad-duzu olsun,
Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz.
Sözlər də cəvahir kimidir, əsli bədəldən
Təşxis verən olsa, bu qədər zir-zibil olmaz.
Şair ola bilməzsən, anan doğmasa şair,
Missən, a balam, hər sarı köynək qızıl olmaz.
Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə,
Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz.
İnsan odu tutsun bu zəlil xalqın əlindən,
Allahı sevərsən, belə insan zəlil olmaz.
Hərçənd Sərabın südü çox, yağ-balı çoxdur
Baş ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz.
Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz,
Ərbablarımızdan da qarınlar təbil olmaz.
Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı,
Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz.
Düz vaxtda dolar taxta-tabaq ədviyyə ilə,
Onda ki, nənəm sancılanar, zəncəfil olmaz.
Fars şairi çox sözlərini bizdən aparmış,
Sabir kimi bir süfrəli şair pəxil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı, kənd içrə məsəldir, mitil olmaz.
Azər qoşunu qeysəri-Rumi əsir etmiş,
Kəsra sözüdü, bir belə tarix nağıl olmaz.
Bu Şəhriyarın təbi kimi çimməli çeşmə,
Kövsər ola bilsə, demirəm, Səlsəbil olmaz.
Məhəmmədhüseyn Şəhriyar, 1969.
1969-cu ildə Azərbaycan üçün yeni dövrün başlandığı ildə, türk dii və ədəbiyyatının təmiz saxlanmasını tələb edən, fars və ərəbin bizdən faydalandığını söyləyən şair indiki dil çevrəmizi görsə, yəqin bizim türk yox rus, ingilis, fars olduğunu düşünər. Hərçənd ki, mən indiki yaradıcılıq nümunələrində, dərsliklərdə, mətuatda, cəmiyyətdə bu barədə heç bir layihə, çağırış, yenilik görmürəm. Bu barədə heç bir addım atmadıqca yetişən gəncliyin vətənpərvərlik, doğmalıq, özünkülərə sayğı hissinin olmadığından şikayətlənə bilmərik. Multikultural cəmiyyətin inkişafı var olanla kifayətlənməkdən ibarət ola bilməz, keçmişin bərpası və yenilik şərtdir. Bu misralar yerinə düşür:
“Mən azadam, müstəqiləm sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
Söylə necə azadsan ki,
Komalarda dustaq ollub ana dilin
Böyük-Böyük məcllislərdən
İtirilib ilim-ilim.".
Bəxtiyar Vahavzadə
Biz “Hindistan fili” deyilik. Yasaqlanmış dil dövrü bitib. Qəflət yuxusundan ayılıb özümüzə qayıtmaq, öz dilinizi dərk etmək, öyrənmək vaxtıdır.
Nəzrin Şahsuvarlı,
Xəzər universiteti