Son günlər Nar Mobile abonentlərinin şikayətinə rast gəlmək sosial mediada adi hala çevrilib. Təəssüf ki, adıçəkilən mobil operator qüsurlarını düzəltmək əvəzinə daha çox soyğunçuluğa üstünlük verib. Azadmedia.az xəbər verir ki, bu dəfə şikayət tanınmış jurnalist İlhamə Əbülfətdən gəldi. İlhamə xanım sosial medi hesabında qeyd edir ki, bu il artıq ikinci dəfədir ki, xaricdə olan zaman roming xidməti ilə bağlı problem yaşayıram. Mən tam istifadə etmədiyim halda balansdan pul çıxır. Bir neçə gün əvvəl balansa 20 manat kontur vurdum və xidmətdən çox qısa müddət istifadə etdim. Bu gün də 40 manat balansa pul vurdum, qısa müddət ərzində sadəcə waze istifadə etdim və balans bitdi...
Nar Mobile operatorundan niyə belə soyğunçuluq edirsiniz?, - soruşan jurnalist xanım qeyd edib ki, bu ilk dəfə deyil: "Aprel ayında da bu cür problem yaşadım və istifadə etmədiyim halda balansdan 160 manatdan çox pul sildilər. Mən onlara irad bildirdikdən sonra balansı bərpa etdilər. Mən nəyə görə bu cür problem yaşamalıyam? Niyə əsəbləşməliyəm?. Və ən önəmlisi, mənə xarici ölkədə təcili internet lazım olduqda, balansdakı pul silinirsə, çətin vəziyyətdə qalıramsa, bunun məsuliyyətini kim daşıyır?!".
Mövzuya qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.