"Araz" Heyvandarlıq Südçülük İctimai birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyə dəstəyi ilə “Mil-Muğan iqtisadi rayonlarında kooperativ təsərrüfatının yaradılmasına dəstək" layihə çərçivəsində tədbirlər keçirib.QHT.az xəbər verir ki, layihə çərçivəsində tədbir İmişli rayonunun 30 iyul Sarıxanlı kəndi, 31 yul Şahverdili kəndi, 1 avqust 2024-cü il tarixlərində Aranlı kəndlərində Seminar xarakterli tədbir keçirildi. Tədbirdə layihə rəhbəri N.Əliyev söz açaraq layihə haqqında məlumat verib.
Sonra İmişli rayon İcra Hakimiyyətinin nümayəndəsi A.Hüseynov, DAİM-in rayon nümayəndəsi X Səfərov, layihənin Eksperti A. Quliyev danışaraq seminar keçirildi. Layihənin səmərəli və düzgün təşkil edilməsi kənd təsərrüfatı sahədində könüllü olaraq kooperasiya təsərrüfatının yaradılması, məhsulun maya dəyərinin aşağı salınması üçün kənd təsərrüfatında bitkiçilik, heyvandarlıq sahəsində DAİM-in rayon mütəxəsisləri ilə əməkdaşlıq etmələri bildirildi.
Təsərrüfatlarda məhsul istehsalında sent-ləri artırmaq üçün yeni növ bitki, heyvan sortlarının əldə edilməsi vurğulandı. Eyni zamanda aqrar sığorta tətbiqlərinin təsərrüfatlarda zəif olması; suvarma problemlərinin aradan qaldırılması məqsədilə su nasosları ilə təmin edilməsi könüllü olaraq kooperasiyaların yaradılması,kooperativ təsərrüfatların hüquqi qurum olduğu üçün bu kimi problemlərin aradan qaldırılması öz həllini tapması ilə bağlı seminar keçirildi.
Seminarlar keçirlərək rayon fermerləri xırda torpaq mülkiyyətçiləri maarifləndirildi. Fermerlər həmin layihənin faydalı və davamlı olması ilə bağlı fikirlərin bildirərək bəyəndilər. Təşkilat tədbirə dəstək verən dövlətimizə, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və yerlərdə tədbiri təşkil edən təşkilatçılara təşəkkürünü bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.