AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT Gəncə şəhərində layihənin icrasını davam etdirir - FOTOLAR

  • + A
  • - A
  • 6-08-2024, 14:07

    QHT Gəncə şəhərində layihənin icrasını davam etdirir - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi "Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə" layihəsinin icrasını davam edir. Layihənin rəhbəri Kubra Ələkbərova bildirdi ki, artıq layihənin iki ayı yekunlaşıbdır.

    QHT.az xəbər verir ki, iyun-iyul ayları ərzində sığınacaqdan ümumilikdə 67 nəfər qadın və uşaq yararlanmışdır. Onlardan 2 nəfəri insan alveri qurbanı, 65 nəfəri insan alverinin potensial qurbanları olmuşlar. İnsan alverinin potensial qurbanları arasında 27 nəfəri qadın, 38 nəfəri isə uşaq olub (21 qız, 17 oğlan). Sığınacaqda qalan qadın və uşaqlardan başqa, ay ərzində Mərkəzə əlavə olaraq 110 nəfər birbaşa və ya qaynar xətt vasitəsilə müraciət etmişlər. Sığınacaga birbaşa müraciət edən və ya müxtəlif qurumlar tərəfindən istiqamətləndirilən zorakılıq qurbanlarının psixo - sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində uyğun fəaliyyətlər həyata keçirilir. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, ilkin tibbi yardımla təmin edilmələri, hüquqlarının müdafiəsi və s. üçün tədbirlər həyata keçirilir. Təhlükəsiz sığınacaqla təmin olunan qadın və uşaqlar ərzaq məhsulları ilə təmin edilirlər.

    Layihənin icrası davam edir. Nəzərdə tutulan digər fəaliyyətlərin həyata keçirilməsi növbəti aylarda nəzərdə tutulub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR