“Ailələrdə sənətkarlığın təşviqi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur.QHT.az xəbər verir ki, layihə çərçivəsində gənclər dərzilik sahəsində biliklər əldə edib və modelyer dizayner kimi formalaşaraq sərbəst peşə sahibinə malik olacaqlar. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə müəyyən mövqe tutmasına dəstək olmaq, onların müəyyən peşə əldə etməsinə və işsizlik məsələlərinin həll edilməsinə kömək etməkdir. Artıq “Dərzilik” kursunun son dərsləridir və gənclər sərbəst şəkildə paltarların tikişini mənimsəyiblər.
Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun direktoru Gülbəniz Bayramova bildirir ki, layihə çərçivəsində layihə heyətinin məqsədi gənclərə dəstək olub onların potensialını üzə çıxararaq dərzilik kursunu uğurla başa çatdırsınlar. Dərslər müxtəlif metod üzərində öyrədilir və hər bir gənc məmnuniyyətlə dərslərdə iştirak edir və öhdəliklərini yerinə gətirirlər.
Xatırladaq ki, layihə çərçivəsində təşkil olunmuş Fərzəliyev Anar - dərzi ixtisası üzrə fənn müəllimi tərəfindən keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.