Seçki təbliğat-təşviqat kampaniyası çərçivəsində deputatlığa namizəd Ağalar Vəliyevin görüşləri davam edir.
Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının iclas zalında rayonun ictimai-siyasi həyatında aktiv rolu olan xanım seçicilərlə millət vəkilliyinə namizəd Ağalar Vəliyevin növbəti görüşü keçirilib.
Görüşdə çıxış edən Sürəyya Əmirova, Mədinə Nurməmmədova, Sevinc Sədullayeva və başqaları Ağalar Vəliyevin deputatlıq fəaliyyətindən xəbərdar olduqlarını və 1 sentyabr növbədənkənar parlament seçkilərində Xaçmaz qadınlarını layiqli YAP namizədi Ağalar Vəliyevə səs verməyə çağırdılar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.