AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsinin icrası başa çatıb - FOTOLAR

  • + A
  • - A
  • 21-08-2024, 12:10

    "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsinin icrası başa çatıb - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai birliyi tərəfindən həyata keçirilən "Yerli özünü idarəetmə orqanlarında qadın təşəbbüskarlığının artırılması" layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində 60 qadın bələdiyyə üzvü üçün müxtəlif təlimlər təşkil olunub. Tədbirlər 3 ay ərzində Goranboy, Göygöl və Samux rayonlarında keçirilib.

    QHT.az xəbər verir ki, bu barədə layihə rəhbəri Gülnarə Əmiraslanova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi qadın bələdiyyə üzvlərinin peşəkar idarəçilik bacarıqlarını artırmaq və onları yerli özünü idarəetmə orqanlarında daha aktiv iştirak etməyə həvəsləndirmək olub: "Bu məqsədlə, qadınlara "Peşəkar idarəçilik nədir? Hansı səriştələr qazanılmalıdır?", "Peşəkar idarəçilikdə aktiv iştirakçılıq bacarıqları", "Kommunikasiya və zamanın idarə edilməsi" mövzularında geniş təlimlər keçirilib. Təlimlər Goranboyda 20, Göygöldə 20 və Samuxda 20 qadın bələdiyyə üzvünün iştirakı ilə baş tutub. Təlimlər zamanı iştirakçılara qrant layihələrinin hazırlanması, layihələrin yazılışı, çərçivə sənədlərinin (logframe) tərtibi və büdcə əsaslanması mövzularında biliklər verilib. Təlimlərin sonunda isə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçılar arasında fikir mübadiləsi olub və təkliflər irəli sürülüb".

    Gülnarə Əmiraslanova həmçinin qeyd edib ki, layihə iştirakçılarına sertifikatlar təqdim edilib və onların yerli özünü idarəetmə prosesində daha fəal iştirakı üçün motivasiya artırılıb.

    Qeyd etmək lazımdır ki, bu layihə, regionlarda qadınların yerli idarəetmə orqanlarında liderlik potensialını inkişaf etdirmək və onların cəmiyyətə töhfə vermələrini təşviq etmək məqsədi ilə həyata keçirilib. Layihənin nəticələri göstərir ki, qadınların bu proseslərdə aktiv iştirakı onların həm şəxsi, həm də peşəkar inkişafına müsbət təsir edir.

    Bu təşəbbüsün gələcəkdə daha geniş əhatəli layihələrlə davam etdirilməsi planlaşdırılır.




















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR