"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Ailələrdə sənətkarlığın təşviqi” layihəsi çərçivəsində təşkil olunan “Dərzilik” kursunun layihə iştirakçılarının “Bakı Tikiş Evi”ndə artıq son günləri idi.QHT.az xəbər verir ki, praktikada gənclər peşə bacarıqlarını, yaradıcılıq və karyera imkanlarını genişləndirdilər. Təcrübə zamanı gənclər yaradıcılıq qabiliyyətlərini inkişaf etdilər, öz unikal dizaynlarını yaratmaq və müxtəlif geyimlər hazırlamaq imkanı əldə etdilər. Hər bir gənc təşkil olunmuş ”Ailələrdə sənətkarlığın təşviqi” adlı layihəsindən məmnun qaldılar.
Xatırladaq ki, layihə çərçivəsində təşkil olunmuş “Dərzilik kursu” peşəkar dərzi ixtisası üzrə müəllimi Fərzəliyev Anar tərəfindən keçirilib. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətdə müəyyən mövqe tutmasına dəstək olmaq, onların müəyyən peşə əldə etməsinə və işsizlik məsələlərinin həll edilməsinə kömək etməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.