AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nöqsanlar aşkarlandı, uşaq bağçasının müdiri işdən azad edildi

  • + A
  • - A
  • Dünən, 19:18

    Nöqsanlar aşkarlandı, uşaq bağçasının müdiri işdən azad edildi

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

    Aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar aşkar edilib. Aşkar edilən nöqsanlar nəticəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 61 nömrəli uşaq bağçasının müdiri işdən azad edilib.

    Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR