AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ASAN xidmət” Azərbaycan-Koreya dövlət xidmətləri mövzusunda seminar reallaşdırıb

  • + A
  • - A
  • 6-09-2024, 10:10

    “ASAN xidmət” Azərbaycan-Koreya dövlət xidmətləri mövzusunda seminar reallaşdırıb

    5 sentyabr 2024-cü il tarixində “Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib.
    Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Koreya Resublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin, Koreya Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

    Seminarda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Hvang Youkyoung, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin şöbə direktoru Park Byung-joon açılış nitqi ilə çıxış ediblər.

    Ceyhun Salmanov Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ilə Dövlət Agentliyi arasında 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunaraq ötən dövr ərzində həyata keçirilmiş uğurlu əməkdaşlıqdan bəhs edib. Bundan əlavə Koreya Respublikası tərəfindən həyata keçirilən texniki yardım və potensialın artırılması proqramlarında Dövlət Agentliyinin aktiv iştirakını qeyd edib və dəstəyə görə Koreya tərəfinə təşəkkür edib.

    Koreyalı qonaqlar dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsinin əhəmiyyətini və bu istiqamətdə Dövlət Agentliyi ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə ediblər.

    Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət” modeli və Dövlət Agentliyi tərəfindən həyata keçirilən innovativ layihələr barədə təqdimat edib.

    Ardınca Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin şöbə rəhbərləri dövlət xidmətlərində tətbiq olunan müasir yanaşmalar, vətəndaş məmnunluğu və xidmətlərə əlçatanlığın təmin olunmasında ölkələrinin təcrübələri barədə geniş təqdimatlar ediblər.

    Tədbir sual-cavab formatında interaktiv müzakirələrlə yekunlaşıb.

    Ölkəmizə səfər çərçivəsində koreyalı nümayəndələr "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olublar.

    Eyni zamanda nümayəndə heyətinə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsi, eləcə də “İnnovasiyalar Mərkəzi” tərəfindən təqdimatlar edilib.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR