Bəhreyndəki ABŞ hərbi bazasında partlayışlar baş verib,

Bəhreyndəki ABŞ hərbi bazasında partlayışlar baş verib,
husilər və Səudiyyə Ərəbistanı qarşılıqlı zərbələr endirib
Bəhreyndə yerləşən ABŞ-ın Əl-Cəfir hərbi bazasında üç güclü partlayışın baş verdiyi bildirilir. Məlumatı Pars Today agentliyi yayıb.
Eyni zamanda, Fars agentliyinin məlumatına görə, Yəmənin Əl-Hodeyda limanı Səudiyyə Ərəbistanı tərəfindən hücuma məruz qalıb. Bundan sonra Yəməndə fəaliyyət göstərən husilər cavab zərbələri endirəcəklərini bəyan edərək Səudiyyə Ərəbistanının Cizan və Yənbu vilayətlərini, həmçinin Xamis Müşeyt aviabazasını hədəfə alıblar. Hücumlar nəticəsində həmin ərazilərdə partlayışların baş verdiyi bildirilib.
Məlumata əsasən, husilər həmçinin Səudiyyə Ərəbistanındakı Kral Abdullah adına hava limanının yaxınlığında yerləşən "Hay əl-Matar" rayonunu da raket atəşinə tutublar. Hücumlardan sonra Ciddə və Ər-Riyad hava limanlarından uçuşların müvəqqəti dayandırıldığı barədə məlumatlar yayılıb.
Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi də Cizan və Yənbu vilayətlərində mümkün təhlükə ilə bağlı vaxtaşırı xəbərdarlıqlar edib.
Qeyd edək ki, bu məlumatlar müxtəlif regional media orqanları tərəfindən yayılıb və rəsmi mənbələr tərəfindən hələlik tam təsdiqlənməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.