AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lavrov İranın xarici işlər naziri ilə Fars körfəzindəki vəziyyəti müzakirə edib

  • + A
  • - A
  • Bu gün, 09:29

    Lavrov İranın xarici işlər naziri ilə Fars körfəzindəki vəziyyəti müzakirə edib

    Lavrov İranın xarici işlər naziri ilə Fars körfəzindəki vəziyyəti müzakirə edib

    Rusiya xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Çolpon-Ata şəhərində keçirilən iclası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.

    Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Fars körfəzində yaranmış gərginliyi və münaqişənin sülh yolu ilə həlli perspektivlərini müzakirə ediblər. Rusiya tərəfi bölgədə sabitliyin, təhlükəsizliyin və sərbəst gəmiçiliyin bərpası naminə hərbi əməliyyatların dayandırılması ilə bağlı davamlı razılaşmanın əldə olunmasının vacibliyini vurğulayıb. Görüşdə, həmçinin ikitərəfli gündəliyin aktual məsələləri də nəzərdən keçirilib.

    İran Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Abbas Əraqçi Rusiyanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını qətiyyətlə pisləyən mövqeyini yüksək qiymətləndirib. O bildirib ki, Hörmüz boğazında mövcud qeyri-sabitlik ABŞ-ın öhdəliklərini pozmasının və İrana qarşı həyata keçirdiyi hərəkətlərin nəticəsidir.

    Əraqçi vurğulayıb ki, İran milli maraqlarını və təhlükəsizliyini qorumaqda qərarlıdır və ABŞ-ın Hörmüz boğazından İranın təhlükəsizliyinə təhdid vasitəsi kimi istifadə etməsinə imkan verməyəcək.

    İran XİN-in açıqlamasına görə, Sergey Lavrov da Rusiyanın ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını pisləyən prinsipial mövqeyini bir daha ifadə edib. O, region ölkələrinin iştirakı ilə etimada əsaslanan regional təhlükəsizlik mexanizminin yaradılmasının vacibliyini qeyd edərək, Rusiyanın bu istiqamətdə hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR