Aİ Gürcüstanın yeganə neft emalı zavoduna sanksiya tətbiq edib

Aİ Gürcüstanın yeganə neft emalı zavoduna sanksiya tətbiq edib
Avropa İttifaqı (Aİ) Rusiyadan neft aldığına görə Gürcüstanın yeganə neft emalı zavodu olan “Kulevi” müəssisəsini Rusiyaya qarşı qəbul edilən 21-ci sanksiya paketinə daxil edib.
Aİ-nin qərarına əsasən, zavodla hər hansı maliyyə və kommersiya əməliyyatlarının aparılması qadağan ediləcək. Məhdudiyyətlər müəssisə Rusiyadan neft tədarükündən imtina etmədiyi təqdirdə 6 aydan sonra qüvvəyə minəcək. Məlumata görə, zavod 2026-cı ilin ilk altı ayında 650 min tondan çox xam neft emal edib.
Aİ ötən gün Moskvaya qarşı sanksiyaların siyahısını genişləndirərək neft sektorunda fəaliyyət göstərən 18 təşkilat və bir fiziki şəxsi də məhdudiyyətlərə məruz qoyub. Siyahıya üç Rusiya neft emalı zavodu, Belarusun Mozır Neft Emalı Zavodu və “Avropa Ticarət Şirkəti” də daxil edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.