AYNA Qadınların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyi “Aqrar sahibkarlıqda keçmiş məcburi köçkün qadınların rolu” adlı layihənin icrasına başlayıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “AYNA Qadınların Sosial-İqtisadi İnkişafına Dəstək İctimai Birliyi Aqrar sahibkarlıqda keçmiş məcburi köçkün qadınların rolu” adlı layihənin icrasına başlayıb.
01.06.2024-cü il tarixində başlayan, 3 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihənin məqsədi aqrar sahədə çalışan keçmiş məcburi köçkün qadınların iqtisadi potensialını artırmaqla ölkədə yoxsulluğun aradan qaldırılmasına, və sosial bərabərliyin təmin olunmasına töhfə verməkdir. Layihə çərcivəsində Gəncə, Qazax və Ağstafada rayonlarında fəaliyyət göstərən keçmiş məcburi köçkün qadınlar üçün biznes bələdçi rolunu oynayacaq kitabça hazırlanacaq və biznes təlimlər təşkil olunacaq .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.