AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb

  • + A
  • - A
  • Bu gün, 15:09

    Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb

    Pakistan Yaxın Şərqdə vəziyyətin normallaşdırılması üzrə İranın konstruktiv addımlar atacağına ümid edir.

    Bu barədə Pakistanın daxili işlər naziri Möhsün Nakvi ABŞ-nin müvəqqəti işlər vəkili Natali Beykerlə görüşündə bildirib.

    Görüş zamanı tərəflər Tehranın öz nümayəndə heyətini göndərəcəyini təsdiqləməməsi səbəbindən təxirə salınmış ABŞ və İran arasında danışıqların ikinci raundu ətrafındakı diplomatik səyləri müzakirə ediblər.

    Nakvinin sözlərinə görə, Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal Asim Munir sülh yolu ilə nizamlanmanı dəstəkləmək üçün bütün səviyyələrdə səylər göstərir və bütün tərəflərin diplomatiyaya şans verəcəyinə ümid edirlər.

    Nakvi həmçinin ABŞ Prezidenti Donald Trampın atəşkəs rejiminin uzadılması qərarını yüksək qiymətləndirib və bunu gərginliyin azaldılması istiqamətində mühüm addım adlandırıb.

    Bəyanatda qeyd olunub ki, Beyker də öz növbəsində sülhün təşviqində Pakistanın konstruktiv rolunu müsbət qiymətləndirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR