AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azerbaijan NGO Alliance for Children's Rights-Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının növbəti iclası keçirilib

  • + A
  • - A
  • 17-11-2024, 14:59

    Azerbaijan NGO Alliance for Children's Rights-Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının növbəti iclası keçirilib

    13 noyabr 2024-cü il tarixində Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının katiblik funksiyasını həyata keçirən Ümidli Gələcək STİB tərəfindən Alyansın üzv təşkilatlarının növbəti görüşü təşkil edilmişdir.

    Görüşdə Alyansın inkişafı, uşaq hüquqlarının müdafiəsi, habelə uşaq səyasəti sahəsində milli və beynəlxalq təşəbbüslərin həyata keçirilməsi üzrə mühüm məsələlər müzakirə olundu.
    İclasın əsas məsələlərindən biri Alyansa yeni üzvlərin, xüsusilə regionlarda çalışan vətəndaş cəmiyyəti təşkilatlarının qəbulu olub ki, bu da təşkilatın əhatə və təsir dairəsini genişləndirəcək. İştirakçılar yeni üzvlər üçün meyarları, əməkdaşlıq üsullarını və eləcə də regionlarda uşaq hüquqlarının müdafiəsi üzrə işi gücləndirməyə kömək edəcəyini vurğuladılar.
    Alyans üzvləri təşkilat daxilində, eləcə də Alyansın hökumət və beynəlxalq qurumlar, QHT-lər və digər təşkilatlar arasında kommunikasiya üsullarının müasirləşdirilməsinin vacibliyini səsləndirməklə məlumat mübadiləsi üçün yeni rəqəmsal platformaların tətbiqin, eləcə də təlim və təcrübə mübadiləsi proqramlarının hazırlanmasını təklif etmiş, bundan əlavə, iştirakçılar Alyansın uzunmüddətli məqsədlərini, həm də qlobal çağırışlara operativ reaksiyanın zəruriliyini nəzərə alacaq təşkilatın davamlı idarə edilməsi konsepsiyasını müzakirə ediblər.
    Həmçinin Uşaq Hüquqları üzrə QHT Alyansının üzvləri Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində uşaq hüquqlarının müdafiəsindən danışaraq iqlim dəyişikliyi şəraitində uşaq hüquqlarının qorunması üzrə qlobal gündəliyə xüsusi diqqət yetiriblər. Tədbir zamanı dəyişən iqlim şəraitində uşaqların hüquqlarının qorunması və onların davamlı inkişafla bağlı qərarların qəbul edilməsi prosesinə cəlb edilməsi üzrə ölkələrin və təşkilatların öhdəliklərini təsdiq edən Uşaqlar və İqlim Bəyannaməsi imzalanmasının uşaqlar və gələcək nəsillər üçün təhlükəsiz və sağlam mühitin yaradılması, uşaqlığın iqlim risklərindən qorunmasının və həssas bölgələrdə yaşayan uşaqlar üçün bərabər imkanların təmin edilməsi vacibliyini vurğulamışlar. Alyans bu təşəbbüsləri fəal şəkildə dəstəkləyir və iqlim dəyişikliyi şəraitində uşaq siyasətinin davamlılığının təmin edilməsi üçün qlobal tövsiyələrin hazırlanmasında iştirak edir.

    Bundan başqa, Milli səviyyədə uşaq hüquqlarının müdafiəsi sahəsində siyasəti müəyyən edən əsas strateji sənədlər olan 2020-2030-cu illər üzrə Uşaq Strategiyasının və 2020-2025-ci illər üzrə Milli Fəaliyyət Planının icrasının yekunları müzakirələrin mühüm hissəsini təşkil edib.

    İclas iştirakçıları bir sıra mühüm nailiyyətləri qeyd ediblər. Onların arasında təhsilə çıxışın təmini, uşaqların sağlamlığının qorunmasında əhəmiyyətli irəliləyişlər, eləcə də uşaqların zorakılıqdan, istismardan və ayrı-seçkilikdən qorumaq üçün tədbirlərin gücləndirilməsi daxildir. Xüsusi qayğıya ehtiyacı olan uşaqların, sağlamlıq imkanları məhdud və kimsəsiz uşaqlar kimi həssas vəziyyətdə olan yeniyetmələrin dəstəklənməsinə yönəlmiş proqramların nəticələrinə xüsusi diqqət yetirilmişdir. Eyni zamanda, ucqar rayonlarda təhsilin keyfiyyətinin yüksəldilməsi, inklüziv təhsilə şərait yaradılması, sosial və iqtisadi vəziyyətindən asılı olmayaraq bütün uşaqlar üçün bərabər imkanların təmin edilməsi kimi aktual məsələlər də müzakirə olunmuşdur.
    Tədbirin yekunu olaraq gələcək fəaliyyət üçün istiqamətlər müəyyənləşdirilmişdir. İclas zamanı Alyansın inkişafı və uşaq hüquqlarının müdafiəsi üçün aşağıdakı əsas istiqamətlər üzrə tövsiyələr formalaşdırılıb:
     Həssas qruplarda olan uşaqların keyfiyyətli təhsilə çıxış imkanlarının artırılması.
     Çətin vəziyyətdə olan uşaqlara diqqət yetirməklə sağlamlığın gücləndirilməsi və psixo-sosial qayğıya çıxış imkanlarının yaxşılaşdırılması.
     İqlim dəyişikliyi və təbii fəlakətlər şəraitində uşaqlar üçün təhlükəsiz şəraitin yaradılması.
     Xüsusilə zorakılığın, istismarın və ayrı-seçkiliyin qarşısının alınması sahəsində uşaqların hüquqi müdafiəsinin gücləndirilməsi.
    Alyans üzvləri razılaşdılar ki, bu və digər məsələlərin uğurla həlli üçün beynəlxalq səviyyədə fəal əməkdaşlıq və tərəfdaşlıq lazımdır. İştirakçılar uşaqların hüquqlarının müdafiəsi üçün digər beynəlxalq təşkilatlar, dövlət və özəl qurumlarla fəal əməkdaşlığı davam etdirmək, eləcə də bütün dünyada uşaqların üzləşdiyi problemlərin həlli üçün innovativ həllər hazırlamaq və həyata keçirmək niyyətlərini ifadə ediblər.
    Tədbirin sonunda Uşaq Hüquqları üzrə QHT Alyansı uşaqların həyatını yaxşılaşdırmaq, onların təhsil, sağlamlıq, təhlükəsizlik və bərabər imkanlar hüquqlarını təmin etmək, qlobal səviyyədə uşaq hüquqları məsələlərinə diqqəti artırmaq istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

    file:///C:/Users/User/Documents/M%C9%99ktublar%202024/13%20noyabr%202024%20Alyans%20g%C3%B6r%C3%BC%C5%9F.pdf






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR