AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Erməni “fəxarəti” – Bu dəfə günahsız insanları öldürməklə öyündülər

  • + A
  • - A
  • Bu gün, 16:32

    Erməni “fəxarəti” – Bu dəfə günahsız insanları öldürməklə öyündülər


    Erməni riyakarlığının bitməz örnəklərinə zaman-zaman rast gəlsək də, bu dəfə utanmazlıq və qəddarlığın tam fərqli siması ilə qarşılaşdıq. Belə ki, Qarabağda aktiv əməliyyatlarda iştirak etmiş erməni generalı Levon Minasyan Xocalıda dinc azərbaycanlılara qarşı qətliam törətdiyini etiraf edib.

    Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

    Görüntülərdə aydın şəkildə görünür ki, gürcüstanlı bloggerin “Siz Xocalıda olmusunuz?” sualına erməni general öyünərək “Xocalı mənim işimdir. Saysız-hesabsız türk öldürdüm. Onların neçəsini kəsdiyimi belə xatırlamıram”, – deyə cavab verib.

    Buna qarşılıq gürcü blogger təəccüblü şəkildə ondan ciddi olub-olmadığını soruşub. Quldur erməni isə “Nə olub, gözəl qız, bəli” – deyə təkrar cavab verib.

    Həmin görüntüləri təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR