AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vəkil Adəm Məmmədovun fəaliyyəti dayandırılıb

  • + A
  • - A
  • Dünən, 00:12

    Vəkil Adəm Məmmədovun fəaliyyəti dayandırılıb

    Vəkil Adəm Məmmədovun fəaliyyəti dayandırılıb.

    Qərar bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası zamanı qəbul edilib.

    Qərara əsasən, barəsində intizam icraatı başladılan vəkilin fəaliyyəti 3 ay müddətinə dayandırılıb.

    Təfərrüatlar hələlik açıqlanmır.

    Globalinfo/az
    Azadmedia.az xatırladır ki, bu yaxınlarda diplomat əmisinin həbsi xəbəri yayılan Adəm Məmmədov BDU-nun Hüquq fakültəsində dərs deyir.
    Vəkil Adəm Məmmədov ölkə mediasına açıqlamasında Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi, diplomat əmisi Ramiz Vəliyevin həbs edilməsini təkzib etmişdi. Eyni zamanda, onun müdafiəçisi olmasını da inkar etmişdi. Criminal.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, R.Vəliyev Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham olunur. Onun barəsində Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürova 4 ay müddətinə həbs qərarı verib. Həmin həbs qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əfqan Ələkbərovun icraatında baxılıb və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Hər iki məhkəmədə əmisinin hüquqlarını Adəm Məmmədov müdafiə edib. Məhkəmə işi haqqında portalda da, R.Vəliyevi öz qardaşı oğlu Adəm Məmmədov müdafiə etməsi barədə məlumatlar yerləşdirilub. R.Vəliyevin digər vəkili isə 16 saylı vəkil bürosunun vəkili Zəribə Əmiraslanova olsa da, o Criminal.az-a təkzib edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR