AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tağım komandiri rəhbərliyin etimadını doğruldan vəzifə sahibidir

  • + A
  • - A
  • 20-03-2021, 10:06

    Tağım komandiri rəhbərliyin etimadını doğruldan vəzifə sahibidir

    Bəllidir ki, bu gün də yol polisi əməkdaşlarının daşıdıqları vəzifə olduqca məsuliyyət hissi və tələbkarlıq tələb edir. Çünki, illər öncə bu sahədə yaşanan problemlər, əmələ gələn çoxsaylı qanunsuzluqlar və s. zaman-zaman ictimai müzakirələrə səbəb olurdu. Hətta elə hallar da olurdu ki, yol polisi sahəsində çalışan əməkdaşlardan bəzilərinin atdıqları addımlar əksəriyyət tərəfindən qınaq obyektinə də çevrilirdi. Yəni, bəzi sürücülər yol polisi əməkdaşlarının əsassız hədələri, qanunsuz tələbləri ilə üz-üzə qalırdılar. Bir sözlə, əsas narazılıq hissinin baş qaldırmasına səbəb olan amillərin kökündə, yol polisi əməkdaşlarının sürücülərdən rüşvət tələbetmələri, heç bir əsas olmadan onları incitmələri, getgələ salmaları, saysız-hesabsız xoşagəlməz olaylarla üz-üzə qoymaları olurdu. İllər öncə belə bir amillərin varlığı yol polisinin daxili aləminə o qədər sirayət etmişdi ki, yaşanan problemlərin həll olunması, sanki hər kəsdə müəyyən şübhələrin baş qaldırmasına səbəb olmuşdu. Bütün bunlara baxmayaraq, yeni dövr ortaya yeni tələblərin çıxmasını zəruri etdi. Yəni zaman keçib illər bir-birini əvəzlədikcə, yol polisi sahəsində fərqli ab-hava əmələ gəldi. Belə ki, illər keçdikcə bu sahədə fərqli idarəçilik tətbiq olundu, yol polisi əməkdaşlarının sürücülərə qarşı bəslədikləri münasibətlərlə bağlı maarifləndirmə tədbirləri həyata keçirildi, əmək haqları artırıldı, lazımi texniki avadanlıqlarla təminatları yaxşılaşdırıldı. Bütün bunlarla bərabər, yeniləşən respublikamızda yol infrastrukturunun yenidən qurulması, müasir tipli işıqforların, yol ötürücülərinin, hərəkəti tənzimləyən kameraların və digər avadanlıqların yol kənarlarına quraşdırılması, bir sözlə lazımi təminolunmaların həyata keçirilməsi başa çatdıqca, bu sahədə ümumi ab-hava da dəyişməyə başladı. Yəni, əldə olunan uğurların əhəmiyyəti ilə bərabər, kəmiyyəti də yeni dövrün tələblərinə uyğunlaşdırıldı.

    Başqa bir halın varlığını da qeyd edək ki, illər öncə görünməni məhdudlaşdıran “plyonkalar”dan, əcaib səslər çıxaran siqnal qurğularından, istifadəsi qadağan olunan texniki vasitələrdən istifadə edən sürücülərə, avtoşluq edən, həmçinin yol hərəkəti qaydalarını pozan və digər qanunsuzluq əməllərə qol qoyan şəxslərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və s. məhz bu sahədə həyata keçirilən islahatların tərkib hissəsi oldu. Unutmaq olmaz ki, son illər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalovun atdığı təkmil addımlar, verdiyi müvafiq tapşırıqlar, birbaşa yol polisi sahəsində əldə olunan uğurların əhatə dairəsini daha da genişləndirdi. Sözsüz ki, atılan hər bir addıma şəxsən cənab Ramiz Zeynalovun özünün nəzarət etməsi, verilmiş tapşırıqların lazımi səviyyədə yerinə yetirilməsinə yollar açdı.

    Qeyd edək ki, zaman-zaman yol polisi sahəsində çalışan elə əməkdaşlar olub ki, onların iş fəaliyyətləri, sürücülərə qarşı davranışları və s. geniş ictimaiyyət tərəfindən yüksək səviyyədə həzm olunub, lazımınca da qiymətləndirilib. Bugünkü gündə ictimaiyyət arasında kifayət qədər nüfuza sahib olan, fəaliyyəti əksər sürücülər tərəfindən dəyərləndirilən yol polisi əməkdaşlarından biri də, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu ilin fevral ayında imzaladığı əmr əsasında Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımına (Şamaxı postu) komandir təyin olunan Ürfət Şükürovdur. Uzun illərdir ki, adı çəkilən bu şəxs yol polisi sahəsində çalışır və onun ötən illər ərzindəki fəaliyyəti, məhz Ürfət Şükürovun peşəkar bir kadra çevrilməsinə səbəb olmuşdur. Belə bir səbəbdəndir ki, 3-cü tağıma komandir vəzifəsinə təyin olunan bu şəxsin ilk gündən həyata keçirdiyi idarəçilik, rəhbərlik etdiyi “post”da yeni bir ab-havanın əmələ gəlməsi ilə nəticələnib. Yəni, bu gün qeyd olunan “post”un ərazisindən ötüb keçən hər bir sürücüyə qarşı yüksək səviyyədə münasibət bəslənilir, lazım gəldikdə onlara istifadə etməli olduqları hüquqları izah olunur. Hətta, elə hallar da olur ki, ərazidən ötüb keçən sürücülərin, sərnişinlərin səhhətində hansısa problemlər əmələ gələrsə, o halda 3-cü tağımın əməkdaşları tərəfindən həmin şəxslərə lazımi köməkliklər də göstərilir. Qeyd edək ki, ümumi müşahidələrimiz zamanı, yaxud da sürücülərlə etdiyimiz fərdi söhbətlər əsnasında bəlli oldu ki, 3-cü tağımda hansısa sürücünün hansısa haqsızlıqla üz-üzə qalmasından söhbət gedə bilməz. Bəli, belə bir ab-havanın əmələ gəlməsinə əsas səbəb, ilk öncə Ürfət Şükürovun xarakterik xüsusiyyətinin göstəricisi, ötən illər ərzində topladığı təcrübə, çevik idarəçilik bacarığının varlığı, ona həvalə olunmuş vəzifənin məsuliyyətini lazımi səviyyədə dərk etməsi və s-dir. Belə bir səbəblər üzündəndir ki, hazırda Ürfət Şükürovu tanıyan hər kəs ona hörmətlə-izzətlə yanaşıb, yüksək səviyyədə etiramlarını da bildirirlər.

    Faktdır ki, bu şəxs harada işləməsindən, hansı vəzifəni daşımasından asılı olmayaraq hər zaman sevilib, kollektiv arasında hörməti olub, hər kəsin xeyir-duasını qazanıb. Bəli, o, cavabdehlik daşıdığı sahədə nə qədər prinsipal bir şəxs olsa da, eyni zamanda humanizmi də sevən bir insandır. Bu şəxsin bir amalı var, o da yalnız Vətəninə, xalqına layiqincə xidmək etmək, rəhbərliyin etimadını doğrultmaq, hər kəsin rəğbət hissini qazanmaqdır. Odur ki, Ürfət Şükürovu tanıyan hər kəs bu şəxsin qürurlu adı ilə fəxr edib, iftixar hissi də keçirirlər.

    Bütün bunları əsas tutaraq, Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri Ürfət Şükürov başda olmaqla, adı çəkilən bu tağımda çalışan şəxsi heyyətin hər bir üzvünü qarşıdan gələn Novruz-Bahar bayramı münasibətilə sidq ürəkdən təbrik edib, onların hər birinə uğurlu iş fəaliyyəti arzu edirik.

    Xəlil XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR