AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yol polisi sahəsi zamanın tələbinə uyğun formalaşmaqda davam edir

  • + A
  • - A
  • 9-03-2021, 12:50



    Hər kəsə bəllidir ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra ölkəmizin yol polisi sahəsində ciddi dəyişikliklər həyata keçirildi, ilk növbədə bu sahədə çalışanların iş şəraitləri yaxşılaşdırıldı, yol hərəkətinin təşkilində, təhlükəsizliyin təmin olunmasında müasir texniki vasitələrdən istifadə olunmağa başlanıldı. Bundan əlavə, DYPİ-nin normativ sənədləri günün tələblərinə uyğun yenidən işlənib hazırlandı, bütün xidmət sahələri üzrə təlimatlar və s. DİN-nin əmri ilə təsdiq olundu. Ən əsası, 1994-cü ildən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini daşıyan polis general-mayoru cənab Ramiz Zeynalovun rəhbərliyi altında, yol polisinin şəxsi heyyəti həm çətin, həm də şərəfli xidmət sahəsində lazımi uğurları əldə etməyi bacardılar.

    Hazırda Respublikamızın bütün ərazilərində yol hərəkəti ilə bağlı insanların həyat və sağlamlıqlarının təmin olunması, məhz qarşıda duran əsas vəzifələrdən biri hesab olunur. Bu gün də ölkəmizdə yol hərəkəti sahəsində hüquqi normativ bazanın yaradılması, onun beynəlxalq standartlara uyğunlaşdırılması prosesi yüksələn xətlə gedir. Bu baxımdan 1998-ci ilin iyulundan qüvvəyə minmiş Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanun əsaslı sənəd hesab olunur və bu sənəddə yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri öz əksini tapmaqla bərabər, eyni zamanda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müddəalar da geniş yer almışdır. Bu gün də yol hərəkəti sahəsində hüquqi normaların təkmilləşdirilməsi istiqamətində əsaslı addımlar atılır və beynəlxalq təcrübə yaxından öyrənilir. Faktdır ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması bir çox faktorlardan asılıdır. Yəni, küçə və yollarda nəqliyyat vasitələrinin, piyadaların fasiləsiz və rahat hərəkətinin təşkil olunması istiqamətində avtomatlaşdırılmış müasir texniki nizamlama və nəzarət cihazlarının tətbiqi, məhz olduqca böyük əhəmiyyət kəsb etməkdədir. Eyni zamanda ildən-ilə nəqliyyat vasitələrinin artdığı bir dövrdə yolların əsaslı təmiri, genişləndirilməsi, yol hərəkətinin nümunəvi təşkili, hərəkət iştirakçıları tərəfindən qaydalara əməl olunması və s. hərəkətin təhlükəsizliyinin təmin olunmasında əsas amil olur.

    Həqiqət namimə qeyd edək ki, son beş-altı ildə əksər sahələr kimi yol polisi sahəsində də, vaxtilə mövcud olmuş problemlər tədricən aradan qaldırıldı, həlli vacib olan məsələlər həllini tapdı. Məsələn, bir neçə il bundan əvvəl istər paytaxt Bakı şəhərində, istərsə də ətraf şəhər və rayonlarda, kənd və qəsəbələrdə əksər sürücülərin əcaib səsçıxaran siqnal qurğularından, görünməni məhdudlaşdıran şüşələrdən və s. istifadə etmələri, həqiqətən də müəyyən problemlərin varlığından xəbər verirdi. Belə olan halda zaman özü tələb etdi ki, hər cür xoşagəlməz halların aradan qaldırılması istiqamətində lazımi addımlar atılsın. Yəni, yol polisi sahəsində xoşagəlməz ab-havanın əmələ gəlməsi, hətta hakimiyyətin ən yüksək kürsüsündə əyləşənləri də hərəkətə gətirdi. Faktdır ki, illər öncə cənab İlham Əliyev sədrliyi ilə keçirilən məlum müşavirədə ümumi vəziyyət ciddi təhlil olundu və mövcud problemlərin qısa zaman kəsiyində aradan qaldırılması istiqamətində lazımi tapşırıqlar da verildi. Həmin vaxtdan yol polisinin şəxsi heyyəti, məhz verilmiş tapşırıqlara uyğun qəti addımlarını atmağa başladılar. Bu yöndə qarşıya qoyulan vəzifələrin uğurlu alınmasının həm obyektiv, həm də subyektiv səbəbləri oldu. Ən əsası BDYPİ-nə təcrübəli bir şəxsin, polis general-mayoru cənab Ramiz Zeynalovun rəhbərlik etməsi, yol polisi sahəsində əsaslı dönüşün əmələ gəlməsini şərtləndirən başlıca səbəbdir.Tam əksəriyyət təsdiq edə bilər ki, bu gün yol polisi əməkdaşları hər kəsin güvənc mənbəyinə çevriliblər. Çünki, yol hərəkəti qaydalarını pozan, mövcud qanunvericiliyin tələblərinə zidd addımlarını atan sürücülər dərhal aşkarlanır və qanun qarşısında cəzalandırılırlar. Ötən illərə nisbətən bu gün yol polisi əməkdaşları hər cür texniki vasitələrlə təmin olunublar ki, belə bir halın varlığı da, məhz bu sahədə çalışanlara daha çevik addımlarını atmağa imkan verir.

    Onu da qeyd edək ki, yol polisi əməkdaşlarının əldə etdikləri uğurlar zaman-zaman əksər mətbu orqanlarda işıqlandırılmış və geniş ictimaiyyət tərəfindən təqdirəlayiq hal da hesab olunmuşdur. Elə bu səbəbdən də, yol polisinin rəhbərliyi ilə KİV nümayəndələri arasında səmimiyyətə söykənən münasibət, yenə də qorunub saxlanmaqdadır. Digər tərəfdən, Ramiz Zeynalovun xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyəti, təcrübəli iş bacarığına malik olması, hər kəsə, ələlxüsus KİV nümayəndələrinə qarşı sərgilədiyi münasibətin varlığı və s. yol polisi əməkdaşları ilə media nümayəndələri arasında səmimi münasibətin qorunub saxlanmasına imkan verir.

    Bəli, hazırda fəxrlə qeyd edə bilərik ki, bu gün rəhbərlik tərəfindən verilmiş bütün tapşırıqlar yol polisi əməkdaşları tərəfindən lazımi səviyyədə yerinə yetirilir. Bir neçə gün bundan əvvəl əməkdaşlarımızdan bəzilərinin yol polisi idarəsində olmaları və bəzi sürücülərlə fərdi söhbətlər etmələri, məhz bizim kifayət qədər məlumatlı olmağımıza səbəb oldu. Əməkdaşlarımızın bu yöndə çatdırdıqları məlumatlardan bəlli oldu ki, yol polisi sahəsində çalışanların başlıca amalı yol hərəkəti qaydalarını tənzimləmək, nizam-intizamı bərpa etmək, qanun-qaydanı pozan sürücülərə qarşı qanunun gücü ilə mübarizə tədbirlərini həyata keçirməkdən ibarətdir. Bu gün hər kəsin üzləşdiyi mənzərə, həqiqətən də əməli addımların atıldığını sübut etməyə tam əsas verir. Əslinə baxsan, bu yöndə atılan addımlar hər kəsin mənafeyinə, ən əsası ümumi məqsədlərimizin həlli naminə atılan addımlar olur. Faktdır ki, zaman dəyişdikcə yol polisi sahəsində yeniliyə doğru ciddi addımlar atılır və belə bir halın varlığı da onu təsdiq edir ki, Ramiz Zeynalovun peşəkarlığa söykənən idarəçiliyi, məhz bu sahəni gündəlik yeni-yeni uğurlara qovuşdurur.

    Xəlil XƏLİLOV


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR