Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları bu il aprel ayında keçiriləcək.
“Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransı 13-16 aprel tarixlərində təşkil ediləcək. Konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi materiallar və polimerlər”, “Bərpaolunan enerji” bölmələrini əhatə edəcək.
20-22 aprel 2021-ci il tarixində keçirilməsi nəzərdə turulan “Neft-qaz geologiyası və mühəndisliyi” konfransı çərçivəsində “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi”, “Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”, “Neft-qaz sahəsində iqdisadi səmərəliliyinin analizi” bölmələr üzrə müzakirələr aparılacaq.
27-28 aprel 2021-ci ildə “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi - 2021” konfransı baş tutacaq.
Konfransın proqramına “Ölçmə və idarəetmə sistemləri”, “Sistemli analiz və modelləşdirmə”, “İntellektual sistemlər və idarəetmə”, “Əşyaların interneti (İoT) və robototexnika”, “Təsvirlərin və siqnalların emalı”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənaye tətbiqi”, “Şəbəkələr və bulud texnologiyaları”, “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi” və “ Kibertəhlükəsizliyin problemləri” bölmələri daxildir.
Konfranslara yerli və xarici təhsil müəsissəsindən tələbə və gənc tədqiqatçılar tezislər təqdim ediblər. Ümumilikdə konfranslara 300-ə qədər tezis qəbul edilib.
Qeyd edək ki, artıq ikinci ildir ki, konfranslar beynəlxalq səviyyədə və onlayn keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.