AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub

  • + A
  • - A
  • 6-05-2021, 19:45


    Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) dekanının elmi məqaləsi impakt faktorlu “Bilimname” jurnalında dərc olunub.

    Aİİ İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizovanın “Kisra sarayından Kərbəla səhrasına: milli-dini kimlik ünsürü və tarixi-mənqibəvi şəxsiyyət arasında məqtəllərdə Şəhrbanu” başlıqlı məqaləsi Türkiyənin Erciyes Universitetinin “Bilimname” jurnalında dərc olunub.

    Məqalədə Sasani hökmdarı III Yezdəgirdin (632-651) qızı olduğu iddia edilən Şəhrbanu haqqında klassik İslam tarixi mənbələrindəki məlumatlar tədqiq edilərək, onların ərəbdilli, farsdilli və türkdilli məqtəllərə təsiri araşdırılıb.

    Qeyd edək ki, sosial elmlərə dair məqalələrin dərc olunduğu “Bilimname” jurnalı “Web of science” beynəlxalq bazasında referatlaşdırılıb.

    Məlumat üçün bildiririk ki, sözügedən məqalə dosent E.Əzizovanın Aİİ-dəki fəaliyyəti müddətində “Web of science” beynəlxalq bazalarında referatlaşdırılan jurnallarda dərc olunmuş dördüncü yazı nümunəsidir. Araşdırma ilə qeyd edilən linkdən (https://dergipark.org.tr/tr/pub/bilimname/issue/62019/854461) tanış olmaq mümkündür.

    Xatırladaq ki, Aİİ ilahiyyat elmləri sahəsində tədqiqatların aparılması məsələsinə xüsusi önəm verir. Belə ki, ali təhsil müəssisəsində tədris prosesinə cəlb edilən müəllimlər dünyanın müxtəlif ölkələrində təşkil olunan beynəlxalq konfranslarda iştirak edir, tədqiqat sahələrinə uyğun gələn elmi məqalələrin, kitab və dərsliklərin nəşrini həyata keçirirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR