AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda yeni hotel kompleksinin açılışında iştirak ediblər

  • + A
  • - A
  • Bu gün, 16:17

    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda yeni hotel kompleksinin açılışında iştirak ediblər

    Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində Meysəri kəndində yerləşən “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər.

    Dövlət başçısına kompleksin imkanları və burada yaradılan infrastruktur barədə məlumat verilib.

    Qeyd olunub ki, 1050 metr yüksəklikdə yerləşən turizm kompleksi hotel və kotteclər, restoranlar, SPA və sağlamlıq mərkəzi, konfrans zalları, idman və istirahət məkanları, uşaq əyləncə mərkəzi və digər obyektlərdən ibarətdir.

    Kompleksdə ümumilikdə 204 hotel otağı və kotteclərdə yerləşən otaqlar, həmçinin 3 villa mövcuddur. Ərazidə 3 hovuz, tennis kortu, padel kortu, futbol meydançası, idman və pilates zalları da yaradılıb.

    Burada 420 nəfərlik Nəsimi Konfrans Mərkəzi fəaliyyət göstərəcək. Mərkəzdə müxtəlif işgüzar və ictimai tədbirlərin keçirilməsi üçün şərait yaradılıb.

    Kompleksin ərazisində avtomobil dayanacaqları və helikopter meydançası da inşa olunub.

    Məlumata görə, layihə çərçivəsində 320 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

    Yeni turizm obyektinin istifadəyə verilməsi Şamaxının turizm imkanlarının genişləndirilməsi və bölgədə xidmət infrastrukturunun inkişaf etdirilməsi baxımından yeni imkanlar yaradacaq.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR