AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LDU-da Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

  • + A
  • - A
  • 14-06-2021, 13:05


    Lənkəran Dövlət Universitetində (LDU) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur” mövzusunda konfrans keçirilib. Onlayn formatda keçirilən tədbiri LDU-nun rektoru, professor Natiq İbrahimov açıb və konfrans iştirakçılarını 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib.
    Professor N.İbrahimov qeyd edib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Müasir Azərbaycanın hər bir uğurunun kökündə milli qurtuluşumuzdan başlanan müdrik Heydər Əliyev siyasəti dayanır. “Ulu öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq” deyən universitet rəsmisi qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi.Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan professor Natiq İbrahimov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.Bildirib ki,15 İyun təkcə dövlətçiliyimizin xilası deyildi, bu, həm də 44 günlük müharibədə ölkə rəhbəri, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin təməli idi. Təbii ki, bu gün qazanılan uğurların əsasında ümummilli liderin müəyyənləşdirdiyi və miras qoyduğu siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi faktoru dayanır. Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi yolunu uğurla davam etdirdiyini deyən N.İbrahimov ölkədə təhsilin inkişafı istiqamətində aparılan böyük islahatlardan da söz açıb.

    Konfransda Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dosent Kamal Mahmudov və Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Rakif İbadovun məruzələri dinlənilib. Məruzələrdə 15 iyun Milli Qurtuş Gününü doğuran tarixi şəraitdən, Heydər Əliyevin Azərbaycanın bütövlüyünü qorumaq istiqamətində apardığı müdrik siyasətdən, bu siyasətin uğurlu nəticələrindən, prezident İlham Əliyevin H.Əliyev yolunu uğurla davam etdirməsindən ətraflı bəhs edilib.
    Çıxışlarda H.Əliyevin hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycanın inkişafı naminə gördüyü işlərdən, təhsilin inkişafı istiqamətində apardığı çoxşaxəli fəaliyyətindən , Lənkərana etdiyi çoxsaylı səfərlərdən söz açılıb.
    “Microsoft Teams” platforması üzərindən keçirilən konfransda universitetin prorektorları, dekan və kafedra müdirləri, professor-müəllim heyəti iştirak edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR