AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekoloq Elnur Muxtarov: "Sudan səmərəli istifadə etmək məcburiyyətindəyik"

  • + A
  • - A
  • 26-08-2021, 21:41


    Ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının
    yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020 -ci il tarixli Sərəncam ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.
    Ölkədə şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının,
    çaylarda sululuğun və yağıntıların xeyli azalması yaxın gələcəkdə ölkə ərazisində su çatışmazlığına işarədir.
    Əkin sahələrinin və eləcə də yaşıllıqların düzgün və qənaətlə suvarılmamasi (damcı üsulundan istifadə edilməməsi) su ehtiyatının azalmasına səbəb olur.Kanalizasiya sistemi
    olmayan yaşayış məntəqələrində çirkab suyun yerüstü su obyektlərinə axıdılması suyun çirklənməsilə yanaşı orda yaşayan canlı orqanizmlərin də məhvinə səbəb olur.
    Bir neçə il bundan qabaq mütəxəssislər iqlim dəyişmələrindən danışanda bir çoxları bu mövzuya ciddi yanaşmırdı.Qısa bir müddətdə hər kəs bunun əyani şahidi oldu.”Sudan
    səmərəli istifadə edək” çağırışına da məhəl qoymayanlar hələ də var.Amma,diqqət yetirsək bu gün meşə ətrafı kəndlərdə belə şirin su ehtiyyatı azalmaqdadır.Su çatışmazlığı kəndlilərin
    heyvandarlıq və əkinçiliklə məşğul olmasına çətinliklər yaradır.
    Bu ilin avqust ayında dünyada və ölkədə baş verən meşə yanğınları təbiət üçün SOS dur. Cunki, meşələrin məhvi ətraf mühitin çirklənməsinə,ekosistem dəyişikliynə,təbiətdəki su
    dövranının pisləşməsinə,torpaq eroziyasına səbəb olacaq torpaq məhv edilməsinə, ekoloji tarazlığın pozulmasına və digər xoşagəlməz halla nəticələnir.
    Respublikanin su təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq dövlət orqanları təxirəsalınmaz tədbirlər həyata keçirir.Buna baxmayaraq sudan səmərəli istifadə etmək hər birimizin borcudur. Su həyat mənbəyidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR