AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səudiyyə Ərəbistanı yeni hərbi koalisiya yaradır

  • + A
  • - A
  • Bu gün, 08:10

    Səudiyyə Ərəbistanı yeni hərbi koalisiya yaradır

    Husilərin Bab əl-Məndəb boğazında gəmiçiliyin qarşısını almaq cəhdlərinə qarşı mübarizə aparmaq məqsədilə xüsusi hərbi koalisiya yaradılması planlaşdırılır. Təşəbbüskarı Səudiyyə Ərəbistanıdır.

    “Al-Monitor”un məlumatına görə, Ər-Riyad yaxın günlərdə Bab əl-Məndəb boğazında gəmiçiliyə mane olmaq cəhdlərinə qarşı çıxacaq bir sıra ölkələrdən ibarət hərbi koalisiyanın yaradılması ideyasını açıqlaya bilər.

    Plana əsasən, koalisiyanın qərargahı Ər-Riyadda yerləşəcək və komandanlığı Səudiyyə Ərəbistanı həyata keçirəcək.

    Təşəbbüs çərçivəsində ABŞ, Türkiyə, Pakistan, Misir, Qətər, Bəhreyn, Küveyt və digər ölkələr də daxil olmaqla, təxminən 50 dövlətə qoşulmaq təklifi göndərilib.

    ABŞ isə hələlik bu təşəbbüsə münasibətdə yekun qərar verməyib. Vaşinqtonun mövqeyini Fransa, Almaniya və İtaliya da gözləyir.

    Omanın koalisiyada iştirakı isə İranla əlaqələrdə vasitəçi rolunu oynadığı üçün böyük ehtimalla mümkün olmayacaq. Birləşmiş Ərəb Əmirliklərinə isə hələlik qoşulmaq üçün dəvət göndərilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR