ABŞ Silahlı Qüvvələri İran ərazisinə növbəti hücum dalğasını başa çatdırıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ Mərkəzi Komandanlığının qüvvələri dünən ABŞ qüvvələrinə qarşı raket hücumu cəhdi ilə əlaqədar İrana güclü zərbələr endirib”, – CENTCOM bildirib.
Əməliyyat zamanı ABŞ hərbçiləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla obyektini vurub. Hədəflər arasında komanda qərargahları, raket və pilotsuz uçuş aparatlarının buraxılış mövqeləri, sahil müdafiə sistemləri və hərbi-dəniz qüvvələrinin infrastrukturu olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.