AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Ali Neft Məktəbi “Enactus”un qalibi oldu

  • + A
  • - A
  • 27-08-2021, 10:31


    25-26 avqust tarixlərində “Enactus Azərbaycan” tərəfindən təşkil olunan tələbə gənclərin iştirak etdiyi “2021 Enactus Azərbaycan Milli Yarışı”nın yarımfinal və final mərhələləri keçirilib. Milli Müsabiqədə Bakı Ali Neft Məktəbinin (BANM) komandası respublika üzrə qalib olub. BANM komandası müsabiqəyə “Breadfeed” və “Ecodesign” layihələri ilə qatılıb.

    Müsabiqənin əsas məqsədi il ərzində ən yaxşı layihəni ərsəyə gətirmiş ilk 3 “Enactus” komandasını, xüsusilə də Azərbaycanı “Enactus Dünya Kuboku”nda təmsil edəcək komandanı müəyyən etməkdir. Beləliklə, BANM komandası Azərbaycanı “Enactus Dünya Kuboku”nda təmsil etmək hüququ qazanıb. Hazırda 35-ə yaxın ölkəni təmsil edən komandalar hər il keçirilən “Enactus Dünya Kuboku”nda öz ölkələrini və universitetlərini təmsil edirlər.

    Milli Müsabiqənin yarımfinal mərhələsi onlayn formatda, final mərhələsi isə fiziki formatda keçirilib. Milli yarışlarda “Enactus” komandaları layihələrini təqdim edir, eyni zamanda innovativ fikirlərini və yeniliklərini bir-birləri ilə bölüşürlər. “Enactus” layihəsi Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq sosial-iqtisadi inkişafa müsbət təsir göstərir.

    Qeyd edək ki, “Enactus” proqramı 1975-ci ildə ABŞ-da yaradılıb və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Enactus”u Azərbaycanda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) təmsil edir. “Enactus” gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərkən daha yaxşı bir dünya yaratmağa hədəflənmiş dünyanın ən böyük təcrübə öyrənmə platformasıdır. Bu məqsədlərə çatmaq üçün “Enactus” gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR