Tarixi qələbənin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər günündə Heydər Əliyev prospektində yerləşən Milli Hidrometeorologiya Xidmətinin binasının üzərində hazırda xüsusi işıqlandırma ilə dövlətimizin qüdrətinin atributu və qələbə rəmzimiz olan Azərbaycan bayrağı proyeksiya olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Azadmedia.az-a bildirib ki, biz də Zəfər Gününün qürurunu möhtəşəm bayraq kompozisiyası ilə nümayiş etdirərək ölkəmizdəki bayram əhval-ruhiyyəsinə öz töhfəmizi veririk.
"9 noyabr Bayraq Günündə də Dövlət bayrağımız binanın üzərində dalğalanacaq.
Sonrakı günlərdə isə gündəlik hava məlumatları əks olunacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.