AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zirvə Toplantısının məkanı Türkmənistan olsa da, bütün diqqətlər Azərbaycana və onun qalib Sərkərdəsinə yönəlmişdi

  • + A
  • - A
  • 30-11-2021, 17:07


    İlham Məmmədov
    Milli Məclisin deputatı


    Türkmənistanın paytaxtı Aşqabad şəhərində 28 noyabr tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı zamanı Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, həqiqətən Azərbaycan bütün sferalarda inkişaf etmiş, XXI əsrin ən qüdrətli və diktə edən ölkələr sırasındadır. Ölkə Prezidentinin bir sıra statistik faktları səsləndirməsi də məhz bu həqiqətlərin göstəricisi oldu. Xüsusilə dövlətimizin başçısı Azərbaycanın güclü iqtisadiyyatından bəhs edərək, əməkdaşlıq platformasında da ölkəmizin daim  konstruktiv mövqe sərgilədiyini diqqətə çatdırdı. İƏT-yə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan  beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-yə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Bu fikirlər Ölkəmizin digər dövlətlərlə qonşuluq, dostluq, əməkdaşlıq sayəsində daim humanizm prinsiplərinə əsaslandığını nümayiş etdirdi. Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan son18 ildə sürətli, dinamik inkişafın pik həddində çatıb.
    Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir, bundan əlavə Azərbaycanın xarici siyasətindəki uğurlardan danışan Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Bütün bunlar bir ölkənin saysız-hesabsız uğurlara imza atmasına bariz nümunədir. Eyni zamanda pandemiya fəsadları ilə mübarizədə  Azərbaycanın adekvat addımlar atdığını bildirən cənab Prezident cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlandığını, Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulduğunu, bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edildiyini söyləməklə bir daha sübuta yetirdi ki, dövlət vətəndaşına ən yüksək səviyyədə diqqət və qayğı göstərir ki, 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
    Azərbaycan “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğunu daim vurğulayır. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım etmişdir. Azərbaycanın qalib ölkə olaraq uğurlu inkişaf yolu keçdiyinə biz cənab Prezidentin Zəngəzurla bağlı çıxışında da şahid olduq. Belə ki, Zəngəzur dəhlizi reallığa çevrilir  və yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-yə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Ümumilikdə həyata keçirilən bütün proseslər  onu göstərir ki, qalib Azərbaycan ona qonşu olan dövlətlər və digər xarici dövlətlərlə sülh, firavan şəraitdə münasibətlər quran və daim demokratik dəyərlərə üstünlük verən güclü dövlətdir. 
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR