AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Balaxanı qəsəbəsində vaksinə məcburetmə üçün yeni metod tapılıb

  • + A
  • - A
  • 6-12-2021, 15:58

    Balaxanı qəsəbəsində vaksinə məcburetmə üçün yeni metod tapılıb

    Balaxanı qəsəbəsində vaksinə məcbureretmə üçün yeni metod tapılıb. Balaxanıdan 2 övladı 259 saylı orta məktəbdə təhsil alan valideyn Azadmedia.az-a müraciət edib. Valideyn bildirib ki, məktəbdən məcbur arayış istəyirlər ailə tərkibi haqqında. Valideynlər gedirlər icra nümayəndəliyinə, orada da növbə, sıxlıq. İcra nümayəndəsi siyahıya baxır, kim 3-cü doza vaksin vurdurmayıb, arayış vermirlər. Xanımın bildirdiyinə görə tibb bacılarını da otuzdurublar icra nümayəndəliyində kabinetdə, vaksini olunmayanlara vaksin vursun. Valideynin bildirdiyinə görə, direktor da deyir, uşaqlar arayışsız məktəbə gəlməsin. Axı uşaqlar qəbul vaxtı verib arayış, ilin-günün bu vaxtı bu arayış nə üçündü? Xahiş edirəm maraqlanasınız, Balaxanı məktəbinə, ümumiyyətlə, məktəblərə valideynlərin ailə tərkibi haqqında arayış gətirilməsi, arayış gətirməyən uşaqların dərsə buraxılmaması barədə tapşırıq verilibmi? sualı ilə müraciət edən valideynin sualına cavab tapmaq üçün sözügedən 259 nömrəli orta məktəbə zəng etdik, təəssüf ki, saat 15.30 olsa da, zəngə cavab verən olmadı. Öyrəndik ki, sözügedən hadisə Balaxanıda 4, 259, 69 nömrəli məktəblərdə baş verir. Sualımıza cavab tapmaq, məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə rəsmi məktubla sorğu göndərdik. İdarədən sorğumuza cavab olaraq İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Bəşarət Məmmədov bildirdi ki, heç bir məktəbə ailə tərkibi haqqında arayış alınma, əks təqdirdə şagirdlərin məktəbə buraxılmaması göstərişi verilməyib.
    Belə çıxır ki, kütləvi vaksin olunma üçün məktəblər istifadə vasitəsinə çevrilib. Bu tapşırıq məktəblərə hardan verilir? Mövzuya qayıdacağıq.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR