AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

148 şəhid ailəsi üzvü DSMF-dən elektron arayış alıb

  • + A
  • - A
  • 30-04-2021, 10:12

    148 şəhid ailəsi üzvü DSMF-dən elektron arayış alıb

    AzadMedia.az xəbər verir ki, 2021-ci ilin yanvar-mart aylarında DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 7149 nəfər olub.

    Bu barədə Fondun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu arayışların 3146-sı pensiya, 1894-ü müavinət və təqaüd, 866-sı fərdi şəxsi hesab, 496-sı ünvanlı dövlət sosial yardımı, 253-ü torpaq pay mülkiyyətçisi, 203-ü sosial sığorta şəhadətnaməsinin nömrəsi ilə əlaqəli olub.

    Həmçinin arayışların 148-i şəhid ailəsi üzvü, 69-u ünvanlı dövlət sosial yardımı ödənişləri, 34-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 35-i əlilliyi olan şəxslərə qulluq, 5-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR